İlham Əliyev: Biz Şəki ipək kombinatının modernləşdirilməsi ilə məşğuluq…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev respublikada ipəkçiliyin inkişafı və Şəki ipək kombinatı haqqında bunları dedi:

«Baramaçılıqda, ümumiyyətlə, vəziyyət, bəlkə ən acınacaqlı idi. Biz demək olar ki, bu sahəni tamamilə itirmişdik. 2015-ci ildə məlumat verildi ki, cəmi 236 kiloqram barama istehsal olunub və baramaçılar heç bilmirdilər ki, onu hara versinlər. Bütün bir zəncir sistemi yaratdıq – həm stimullaşdırma, həm maarifləndirmə, həm tinglərin gətirilməsi, indi Qaxda barama mərkəzinin yaradılması. Bütün bu işlər gözəl nəticə verir və bu il 500 tondan çox barama tədarük edilib. Əgər keçən il 10 min insan bu işlərə cəlb olunubsa, 2016-cı ildə 3 min, bu il 22 min insan. Beləliklə, bu insanlar 30-40 günə o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanır və Şəki ipək kombinatı da daha böyük həcmlə işləyir. Orada da yüzlərlə iş yeri yaradılıb. Əlbəttə ki, biz Şəki ipək kombinatının modernləşdirilməsi ilə məşğuluq. Həm iş yerlərinin artırılması, həm ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılacaq».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.