BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Avropa İttifaqının dəstəyi ilə Şəkidə ikigünlük təlim başladıb

12 noyabr tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Avropa İttifaqının dəstəyi ilə Şəkidəki «Marxal» hotelində “BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmlərindən istifadə etməklə vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünasların insan hüquqlarının monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq sahəsindəki bilik və bacarıqlarının artırılması” mövzusunda iki günlük təlimə start verilib.

Təlimin məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin və hüquqşünasların BMT-nin insan hüquqları sistemi və mexanizmləri, eləcə də insan hüquqlarının monitorinqi və qiymətləndirilməsi sahəsində sahib olduqları mövcud bilik və məlumatın artırılmasına töhfə verməkdir.

Bugünki yığıncaqda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri Aydın Səfixanlı təlim iştirakçılarına ilk olaraq, BMT-nin insan hüquqları mexanizmləri, BMT-nin əsas insan hüquqları müqavilələri, BMT-nin Komitələri və Xüsusi Prosedurlar haqqında ümumi məlumat vermişdir.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.