Hindistanda ipəkçilik və ipək sənayesi məsələləri üzrə beynəlxalq seminar

Dekabrın 2-də Hindistanın Maysur şəhərindəki ipəkçilik üzrə ixtisaslaşmış elmi tədqiqat institutunda «İpəkçilik və ipək sənayesi» mövzusunda biraylıq beynəlxalq seminara start verilib.

3 dekabrda İpəkçilik üzrə Beynəlxalq Komissiyanın baş katibi və Hindistan Toxuculuq Nazirliyinin İpəkçilik Şurasının katibi Racit Rancan Oxandiarseminarın rəsmən açılışını elan edib.

Seminar dekabrın 31-ədək davam edəcək.

Seminarın bütün maliyyə xərclərini Hindistan Texniki-İqtisadi Əməkdaşlıq Proqramı (Indian Technical Economic Cooperation -ITEC) çərçivəsində Hindistanın Xarici İşlər Nazirliyi və Hindistan hökuməti öz üzərinə götürmüşdür.

Seminarda 15 ölkənin nümayəndəsi iştirak edir (Argentina, Azərbaycan, Banqladeş, Kuba, Qana, Keniya, Madaqaskar, Nigeriya, Filippin, Sudan, Tailand, Tunis, Uqanda, Filippin və Efiopiya) .

Məlumat üçün əlavə edək ki, seminar ərəfəsində seminarın təşkilatçıları AMEA Şəki Regional Elmi Mərkəzinə məktub göndərərək seminara nümayəndə göndərilməsini təklif etmişdilər. Təklif AMEA Şəki Regional Elmi Mərkəzi tərəfindən müsbət qarşılanmış və mərkəzin elmi işçisi Zərintac Şükürovanın seminarda iştirak etməsi məqbul hesab edilmişdir. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi də nazirliyin Gəncə Heyvandarlıq İnstitutunun əməkdaşı Nuranə İsgəndərovanınseminara qatılmasına qərar verib.

Azərbaycan nümayəndələri seminarda: Nuranə İsgəndərova seminarın açılış şamını yandırarkən, solunda Zərintac Şükürova.

Aydın Məmmədov

1 thought on “Hindistanda ipəkçilik və ipək sənayesi məsələləri üzrə beynəlxalq seminar

Yusif Şükürlü üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.