Azərbaycan nümayəndə heyəti Özbəkistana niyə getdi?

Azərbaycan nümayəndə heyəti İqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı altında fevralın dördündə və beşində Özbəkistanda olacaq, – bu barədə məlumat fevralın 4-də Azərbaycan İqtisadiyyat Nazirliyinin saytında saytında dərc olunub.

Saytda məlumat verilir ki, səfər çərçivəsində görüşlər keçiriləcək, iqtisadi əlaqələrin inkişafı istiqamətləri, Azərbaycanın nəqliyyat-tranzit imkanlarından daha geniş istifadə edilməsi və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Nümayəndə heyətinə iqtisadiyyat naziri Şahin Mustafayevlə yanaşı Kənd Təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin sahibkarlar daxildirlər.

«İpəkçi«nin əldə etdiyi məlumata görə «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru və millət vəkili Kamran Nəbizadə və Şəki İpək kombinatının baş direktoru Nizami Qəribov da nümayəndə heyətinin tərkibində Özbəkistana yola düşənlər arasındadır.

Həmçinin bazar ertəsi Azərbaycan İqtisadiyyat Nazirliyindən Trendə məlumat verilib ki, görüşlər zamanı Şərq-Qərb nəqliyyat dəhlizi ilə yüklərin daşınması sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediləcək.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.