İşdən yeni çıxarılan tibb işçilərindən birinin köhnə məzəli video-roliki yayıldı

Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb.
Məlumata görə, onlardan ikisinin “Tik-Tok” adlı proqramda xəstəxanada çəkilən videoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Qeyd edək ki, daha əvvəl onlar Afət Fərmanqızının ifa etdiyi mahnıya çəkdikləri videoya görə işdən azad olunublar.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlardan bəzisi bunu əyləncə xarakterli video qəbul etsə də, böyük əksəriyyəti tibb işçilərinə yaraşan addım olmadığını hesab edib.
Tibb işçiləri məsələ ilə bağlı televiziyalara və aparıcı Tarix Əliyevə müraciət edib. Tarix Əliyev mövzu ilə bağlı özünün sosial hesabından paylaşım edərək onları müdafiə edib.
Xatırladaq ki, daha əvvəl yayılan videoda yer alan tibb işçilərindən biri, görüntülərin nahar vaxtı çəkildiyini qeyd etsə də, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi açıqlamasında videonun iş saatları çərçivəsində xəstəxananın cərrahi blokunda qeydə alındığını bildirmişdi.
Onu da əlavə edək ki, hüquqşünaslar Əmək Qanunvericiliyinə əsasən, sözügedən görüntülərdə heç bir qanun pozuntusu qeydə alınmadığı üçün, şəxslərin işdən azad edilməsi üçün səbəb olmadığını deyib.

Mənbə: >>

1 thought on “İşdən yeni çıxarılan tibb işçilərindən birinin köhnə məzəli video-roliki yayıldı

  1. Şeki MR xəstəxanasında baş verən bu olay məni berk hiddetlendirdi.

    Əsil Azərbaycanlı kişisi həmişə “çörək“verən olub, “çörək” kəsən yox.

    Elçin həkim bu əziz günde işsizlərin və imkansız ailələrin sayı çox olan Şəkidə yol verdiyi bu hərəkəti ile ümumxalq nifrətini qazandı.

    Elçin həkim, həyatımızı musiqisiz təsəvvür etmək olmaz. İnsan körpəsi dünyaya gələndə (laylalar), ta qəbrəcan bütün mərasimlərdə (toy və yaslarda) musiqidən istifadə edilib, edilir ve ediləcək. İgidlərimiz “Rast” muğamının sədaları altında döyüşe gediblər. Musiqi bitkilerin, heyvanların və şuurlu varlıq olan insanların həyatında böyük rol oynamış, oynayır ve oynayacaq.

    Həkim kimi təbabətin “Musiqi terapiyasi” adlı sahənin varlıqı haqqda bilməmiş deyilsiniz.

    Həmin qadınların hərəkətində dövlətimizə, mentalitetimizə və musiqimizə qarşı görəsən hansı neqativ hallar var idi?

    Elçin həkim, gəlin tələbkarlıqla kobudluqu qarışdırmayaq. Daşı ətəyinizdən tökün bu həm Allaha həm də bəndələrinə xoş gedər.

    Sizdən əvvəl bu kürsüdə oturanlara Şəkililərin çoxu rəhmət oxuyur. Arzu edirəm ki, sələflərinizdən nümunə göturəsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.