“İlham-M” MMC və “Şəki Sərnişin” ASC-nin işi niyə iflic oldu?

Şəki şəhərində keçmiş tütün fermentləmə zavodunun bazasında yaradılmış “İlham M” MMC şirkəti tütün istehsalçılarından quru tütün yarpağı alıb tədarük edirdi. Amma 2017-ci il dekabrından şirkətin maliyyə vəziyyəti kəskin şəkildə pisləşdi. Səbəb bu oldu ki, “DəmirBank”ın ləğv edilməsi ilə bağlı şirkətin həmin bankdakı 63 min ABŞ dolları və 36 min manatı da “batdı”. Bəli batdı! Eyni aqibəti “Şəki Sərnişin” ASC də yaşayıb. Bu müəssisənin isə “Dəmirbank”da 24 696 manatı batıb, işi indi iflic vəziyyətindədir.

Məsələyə aydınlıq gətirilməsi üçün Maliyyə Nazirliyi ilə telefon əlaqəsi yaratdıq, suallarımıza cavab verə biləcək məsul şəxslər ortaya çıxmadı, bizi o şöbədən bu şöbəyə, bu şöbədən o şöbəyə yönəltdilər, lap axırda söz verdilər ki, rəsmi sorğu göndərsək bəlkə cavab verəcə bilərlər.

Eləmədik tənbəllik aşağıdakı sorğunu göndərdik:

“İlham-M” MMC və “Şəki Sərnişin” ASC hesablarını 2017-ci ilin 23 dekabrına qədər “DəmirBank”ın Şəki filialında saxlamışdılar. Həmin tarixdə bankın fəaliyyəti dayandırılıb, lisenziyası ləğv olunub. Birinci müəssisənin 66 min ABŞ dolları və 36 min manatı, ikincinin isə 24 696 manatı indiyə qədər sahiblərinə qaytarılmayıb. Nəticədə hər iki şirkətin fəaliyyəti iflic vəziyyətinə düşüb. Həmin vəsaitin qaytarılması ilə bağlı heç bir məlumat əldə etmək də mümkün olmayıb. Sual edirəm, qanunvericiliyə görə şirkətlər hesablarını banklarda saxlamalıdırlar. Bu şirkətlər də qanunvericiliyin tələblərinə əməl ediblər və “DəmirBank”ı seçiblər. Bəs indi qanunvericilik bunların maddi vəsaitlərinin qaytarılmasını niyə təmin etmir?

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.