İyunun 13-dək 451 tondan çox yaş barama tədarük olunub

Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilir ki,  iyunun 13-nədək kümçülər tərəfindən “Azəripək” MMC-yə 451,62 ton yaş barama təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdam rayonları öndədir. Bu günədək Zərdabda 58,88 ton, Füzulidə 49,72 ton, Zaqatalada 44,11 ton, Balakəndə 42,16 ton, Ağcabədidə 39,85 ton, Bərdədə 29,91 ton, Şəkidə 27,38 ton,  Kürdəmirdə 20,87 ton, Qaxda 18,85 ton, Ağdamda 15,73 ton, Göyçayda 12,13 ton, Sabirabadda 9,57 ton, Ucarda 8,89 ton, İmişlidə 5,06 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.