İyunun 14-dək 500 tona yaxın yaş barama tədarük olunub

Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilir ki,  iyunun 14-nədək kümçülər tərəfindən “Azəripək” MMC-yə 499,28 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər 47,66 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdam rayonları öndədir. Bu günədək Zərdabda 59,62 ton, Füzulidə 49,72 ton, Zaqatalada 46,87 ton, Balakəndə 43,24 ton, Ağcabədidə 45,20 ton, Bərdədə 32,65 ton, Şəkidə 31,98 ton,  Kürdəmirdə 21,33 ton, Qaxda 21,27 ton, Ağdamda 16,29 ton, Göyçayda 13,11 ton, Ağdaşda 12,46 ton, Tərtərdə 12,29 ton, Sabirabadda 11,36 ton, Ucarda 9,75 ton, Lənkəranda 7,48 ton, İmişlidə 5,29 ton, Cəbrayılda 4,85 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.