- İdman

Sərbəst güləşçilər Səma Allahverdiyeva və Səkinə Məmmədova Rusiyadan medalla qayıtdılar

21-23 noyabr tarixləri arasında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında keçmiş Avropa çempionu, beynəlxalq dərəcəli usta Yelkan Tedeyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 19-cu Ümumrusiya turniri keçirilmişdir. Turnirdə Rusiya Federasiyasının müxtəlif regionlarından, Azərbaycandan, həmçinin, aztanınmış Abxaziya və Cənubi Osetiya respublikalarından gəlmiş 300-dək sərbəst güləşçi iştirak etmişdir.

Turnirdə 57 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı sərbəst güləşçilər Səma Allahverdiyeva gümüş, Səkinə Məmmədova isə bürünc medala sahib olublar. Hər iki idmançının şəxsi məşqçisi, güləş üzrə beynəlxalq dərəcəli hakim Zaur Şərifovdur.

Səkinə Məmmədovaya medal təqdim edilərkən.

Məlumat üçün əlavə edək ki, Səkinə Məmmədova mərhum Əməkdar jurnalist Salis Məmmədovun nəvəsidir. Səkinə Məmmədova idmanın müxtəlif növləri üzrə respublika və Bakı çempionatlarında dəfələrlə fərqlənmiş, həmçinin 2015-ci ci ildə Hindistanda keçirilən Kabaddi oyunlarında Azərbaycan milli komandası heyətində çıxış etmişdr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.