- Digər xəbər və məqalələr

Şəkidən Tünzalə Məmmədzadə, Cavanşir Feyziyev və Əli Məsimli deputat seçiləcəklər

6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə 113 saylı Şəki Şəhər, 114 saylı Şəki Kənd Birinci və 115 saylı Şəki Kənd İkinci seçki dairələrindən ən şanslı namizədlər kimlərdir? Bu suala cavab tapmaq üçün “İpəkçi” qəzetinin Feysbuk səhifəsində bir həftəlik rəy sorğusu keçirildi. Sorğunun nəticələrinə görə,

113 saylı Şəki Şəhər Seçki Dairəsi üzrə Tünzalə Məmmədzadə 53.7
% , Həbibulla Manaflı isə 22.2 %,

114 Saylı Şəki Kənd Birinci Seçki Dairəsi üzrə Əli Məsimli 42.5
% , Osman Məmmədov isə 21, 2 % ,

114 Saylı Şəki Kənd İkinci Seçki Dairəsindən isə Cavanşir Feyziyev 50.84
%, Rahim Həsənov isə 33.89 %

səs toplayacaqlar.

Qeyd: Real səsvermə 1 gün, daha doğrusu 11 saat ərzində baş tutur. Amma biz 7 gün gözlədik və yeddi gün ərzində əldə etdiyimiz nəticəni paylaşdıq. Feysbuk səhifəmizdəki exit pol ümumiyyətlə dayandırılmayacaq, həmişə davam edəcək. Bu yekunlaşdırmamızdan sonra manipulyasiya baş verə bilər, kimlərsə fərqli görüntü yaratmağa cəhd edə bilərlər. Lakin biz artıq əldə etdiyimiz nəticəni elan etmişik, bundan sonra heç nə dəyişməyəcək və nəyisə dəyişmək fikrində də deyilik. Amma hansısa namizədin xeyrinə nəzərəçarpacaq manipulyasiya baş verərsə, həmin namizədin adını və bütün səslərini siləcəyik.

Yeri gəlmişkən, əlavə edək ki, Demokratik Qüvvələrin Milli Şurası müxtəlif hakimiyyət orqanlarından, rayon icra strukturlarından, MSK, DSK-lardan və hakimiyyətə yaxın olan digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında seçiləcək deputatların siyahısını açıqlayıb, Şəki ilə bağlı hissəsi bizim nəticə ilə tam üst-üstə düşür.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.