- Digər xəbər və məqalələr

Şəkidə təcili yardım xidməti üçün 30 manat ödəniş tələb olunurmu?

“İpəkçi”yə müraciət edən Şəki sakinləri xahiş etdilər ki, təcili yardım çağırılması üçün 30 manat rüsum tətbiq edilməsi ilə bağlı şəhərdə dolaşan şayiələrə aydınlıq gətirək. Bundan başqa, bəzi sakinlər şikayət edirdilər ki, onlar təcili yardım çağırsalar da bu xidmətdən istifadə edə bilməyiblər, əvəzində onları taksi tutub Şəki Mərkəzi Rayon Xəstəxanasına gəlmək təklif edilib?!

Bununla bağlı 103 saylı çağırış nömrəsinə zəng etdik və məsələyə aydınlıq gətiriliməsini xahiş etdik. Bildirildi ki, təcili yardım xidməti hələlik ödənişli deyil, amma aprel ayından ödəniş tətbiq edilə bilər. O ki qaldı təcili yardım maşınlarının çağırış yerlərinə göndərilməməsinə, – bəli belə hallar olur, əgər bizim maşınlarımızın hamısı çağırış yerlərindədirsə, boş maşın yoxdursa, təbii ki həmin anda biz yeni çağırış üçün maşın göndərə bilmərik, əvəzində xəstələri Mərkəzi Rayon Xəstəxanasına dəvət edirik, taksi tutub özləri gəlməlidirlər.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.