- Digər xəbər və məqalələr

114 saylı Şəki Kənd Birinci Seçki Dairəsində saxtakarlığı əks etdirən video görüntülər

18 saylı məntəqədə Əli Məsimliyə 40 səs olduğu halda MSK 346 səs yazıb?!

18 saylı məntəqədə protokol

17 saylı məntəqədə əvvəlcədən döşəməyə qoyulmuş, yaxud siyirmədə gizlədilmiş bülletinlər qutudan çıxan bülletinlərə qatılır

15 saylı məntəqədə əvvəlcədən hazırlanmış bülletinlər qutudan çıxan bülletinlərə qatılır

“İpəkçi”nin əldə etdiyi məlumatlara görə, 114 saylı Şəki Kənd Birinci Seçki Dairəsinin 19 saylı məntəqəsində namizədlərdən Osman Məmmədov 272 səslə qalib elan edilmiş, lakin sonradan MSK-nın saytında səsləri 123-ə endirilmiş və əvəzində, ikinci şəxs 182 səslə qalib kimi təqdim edilmişdir. Osman Məmmədovun şikayətçi olub-olmadığı barədə hələlik əlimizdə heç bir məlumat olmasa da, dəqiqləşdirə bildik ki, digər namizəd İbrahimxəlil Balayev saxtakarlıqdan dairə seçki komissiyasına rəsmi şəkildə şikayət vermiş və şikayətinin qəbul edilməsi anını audio yazıya almışdır; lakin sabahı günü ona onun heç bir şikayət vermədiyini və şikayətvermə müddətinin də bitdiyini deyiblər?!

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.