- Digər xəbər və məqalələr

“Vüqar İsgəndərov Şəki şəhər sakinlərinin qəti seçimi olub!”

6-cı çağırış Milli Məclisə seçkilərdə 113 saylı Şəki Şəhər Seçki Dairəsindən YAP-ın namizədi olan Vüqar İsgəndərov Şəki şəhər sakinlərinin qəti seçimi olub, – 113 saylı Şəki Şəhər Seçki Dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə bu gün “İpəkçi”yə belə dedi. Əlavə etdi ki, Vüqar İsgəndərovun rəqibi olmuş digər namizədlərdən Razim Rzayev istisna olmaqla, digər 6 namizəddən heç biri şikayətçi deyil və yekdilliklə Vüqar İsgəndərovun inamlı qələbəsini tanıyırlar.

Məlumat üçün əlavə edək ki, Vüqar İsgəndərov 6-cı çağırış Milli Məclisə seçkilərdə 113 saylı Şəki Şəhər Seçki Dairəsinin 30 məntəqəsindən 29-da ən çox səs toplamış namizəd elan olunub. Yalnız bir məntəqədə – 13 saylı məntəqədə, qalib Vüqar İsgəndərov yox, digər namizəd – Etibar Lətifov olub.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.