- Digər xəbər və məqalələr

MSK-nın fevralın 17-də keçiriləcək növbəti iclasında müvafiq qərarlar gözlənilir

Artıq növbədənkənar parlament seçkilərindən 1 həftə keçib. Ammma bu məsələlər ətrafında müzakirələr, mübahisələr və şikayətlər davam edir. Vətəndaş Hüquqları İnstitutunun (VHİ) rəhbəri Bəşir Süleymanlı deyib ki, seçki öncəsi mühit əvvəlki seçkilərə nisbətən sakit, qanun pozuntularının az olması ilə yadda qalsa da, seçki günü fərqli mənzərə yaşanıb:

Seçki günü nəticələrə ciddi təsir edə biləcək qanun pozuntuları baş verdi. Bununla bağlı namizədlərin və müşahidəçilərin xeyli sayda şikayətləri var. Şikayətlər dairə seçki komissiyalarında (DSK) və Mərkəzi Seçki Komissiyasında (MSK) araşdırılır. Artıq 4 dairədə seçkilərin nəticələri ləğv olunub. MSK-nin fevralın 17-də keçiriləcək növbəti iclasında müvafiq qərarlar gözlənilir. Başqa tərəfdən oxşar şikayətlər DSK-lara göndərilib”.

Mənbə: www.azadliq.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.