- Digər xəbər və məqalələr

Namizəd İbrahimxəlil Balayevin müraciəti əsassız hesab edilib?!

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 206 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Balayev İbrahimxəlil Nəriman oğlu 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar qeydə alınmış namizədlə əlaqə saxlanılmış, onun həm araşdırmada, həm də Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək və digər hüquqları izah edilmişdir.

Qeydə alınmış namizəd şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci il fevralın 12-də onun səlahiyyətli nümayəndəsi Mustafayev Məmməd Abdulla oğlu və vəkil edilmiş şəxsi Rəsulov Nazim Rəsul oğlu səsvermə günü baş verən qanun pozuntuları ilə əlaqədar tərtib etdikləri aktları 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Məharət İsfəndiyar oğlu Məmmədova təqdim edərək dairə üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişlər. Fevralın 15-də rəsmi cavab üçün müraciət etdikdə M.İ.Məmmədov ona hər hansı bir sənədin təqdim olunmadığını bildirmişdir.

Araşdırma zamanı o, sənədlərin dairə seçki komissiyasının sədrinə təqdim edildiyini təsdiq edən hər hansı bir arayış, qəbz və s. təqdim edə bilmədi. Sənədlərin verilməsini təsdiq edən fakt kimi səs yazısının olduğunu bildirərək onu araşdırmaya təqdim etdi. Həmin səs yazısı dinlənilərkən məlum oldu ki, o, keyfiyyətsiz və xırıltılı olduğundan ayrı-ayrı ifadələr eşidilsə də iddia edilən faktın müəyyən edilməsi mümkün deyildir.

114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının sədri M.İ.Məmmədov izahatında həqiqətən də qeydə alınmış namizəd İ.N.Balayevin səlahiyyətli nümayəndəsi M.A. Mustafayev və vəkil edilmiş şəxsi N.R.Rəsulovun fevralın 12-də dairə seçki komissiyasına gəldiklərini təsdiq edərək onların seçki prosesi ilə bağlı fikir mübadiləsi apardıqlarını, bəzi aktların surətlərini göstərdiklərini, sonda isə təmsil etdikləri namizədin neçə səs topladığını soruşaraq hər hansı bir ərizə, müraciət və ya sənəd təqdim etmədən getdiklərini, həmçinin həmin şəxslərdən heç bir ərizə və ya sənəd qəbul etmədiyini və bunun qarşılığında onlara arayış və ya qəbz vermədiyini göstərmişdir.

Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, qeydə alınmış namizəd İ.N.Balayevin müraciəti əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Balayev İbrahimxəlil Nəriman oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 206 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Mənbə:>>

Həmçinin, bax: 114 saylı Şəki Kənd Birinci Seçki Dairəsində saxtakarlığı əks etdirən video görüntülər .

10 thoughts on “Namizəd İbrahimxəlil Balayevin müraciəti əsassız hesab edilib?!

  1. I do consider all of the ideas you have introduced for your post.
    They are very convincing and will certainly work. Still, the posts are very
    short for beginners. May you please prolong them a bit from subsequent time?

    Thank you for the post.

  2. I feel this is one of the most important info for me.
    And i am glad reading your article. However wanna statement on some normal things, The web site
    style is great, the articles is really nice : D. Excellent process, cheers

  3. Unquestionably believe that which you stated. Your favorite reason appeared to be on the web the simplest thing to be aware
    of. I say to you, I definitely get annoyed while people consider worries that they just don’t know about.
    You managed to hit the nail upon the top and defined out the whole thing without
    having side effect , people could take a signal.
    Will probably be back to get more. Thanks

  4. You’re so awesome! I do not believe I’ve truly read something like
    that before. So great to discover somebody with a few original thoughts on this subject.
    Seriously.. many thanks for starting this up. This website
    is something that’s needed on the internet, someone with some originality!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.