- Digər xəbər və məqalələr

MSK 113-dən Razim Rzayevin şikayətini rədd etdi, Həbibulla Manaflının şikayətini isə baxılmaq üçün DSK-ya göndərdi

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 335 və 336 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizədlər Rzayev Razim Rza oğlu və Manaflı Həbibulla Şirin oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlayaraq həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 63/150 saylı qərarını və arayışını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər R.R.Rzayev və H.Ş.Manaflı müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçki məntəqələrində normal müşahidəyə şərait yaradılmamış, bəzi seçicilər tərəfindən başqasının əvəzinə səsvermədə iştirak edilmiş, lider namizədin xeyrinə səslər artırılmış, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surəti təqdim edilməmiş və digər qanun pozuntularına yol verilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər R.R.Rzayev və H.Ş.Manaflının müraciətləri ilkin olaraq 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasında araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə R.R.Rzayevin müraciəti əsassız hesab edilərək təmin olunmamış, H.Ş.Manaflının müraciəti isə arayışla cavablandırılmışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqları izah olunmuş, R.R.Rzayevin Komissiyanın iclasında iştirakı təmin edilmiş, H.Ş.Manaflı isə dəvət olunmasına baxmayaraq iclasda iştirak etməmişdir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yerləşdirilən görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib olunmasında bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Dairə seçki komissiyasına ünvanlanan müraciətlərdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyaları üzvlərindən, seçilməmiş namizədlər Məmmədov Samir Cabir oğlu, Bəkirov Rüfət İslam oğlu və Lətifov Etibar Kamal oğlundan izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanılan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamış, R.R.Rzayevin müraciətinin təmin olunmaması barədə qərar çıxarılmışdır.

R.R.Rzayevin müraciətinin təmin olunmamasına dair 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 63/150 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, obyektiv və qərəzsiz araşdırma aparılaraq düzgün hüquqi nəticəyə gəlinmiş və qəbul olunmuş qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur.

Həmçinin araşdırma ilə müəyyən edilmişdir ki, namizəd H.Ş.Manaflı tərəfindən müvafiq şikayət 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasına Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə verildiyinə baxmayaraq, komissiya qanunun tələbinə əməl etməyərək həmin şikayətə baxılmasını mümkünsüz hesab etməklə hərəkətsizlik etmişdir.

Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməlidir, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Beləliklə, H.Ş.Manaflının 20 fevral 2020-ci il tarixli 336 saylı müraciəti təmin edilməli, dairə seçki komissiyası tərəfindən səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları ilə bağlı onun şikayətinə dərhal baxılmalıdır.

Həmçinin, 113 saylı Şəki şəhər seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, eyni zamanda səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd R.R.Rzayevin 20 fevral 2020-ci il tarixli 335 saylı müraciəti əsassız hesab edilərək təmin olunmamalı, həmin dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 63/150 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Manaflı Həbibulla Şirin oğlunun 20 fevral 2020-ci il tarixli 336 saylı müraciəti təmin edilsin və onun 12 fevral 2020-ci il tarixli müraciətinə dərhal baxılması dairə seçki komissiyasına həvalə edilsin.

2. 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Rzayev Razim Rza oğlunun 20 fevral 2020-ci il tarixli 335 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 63/150 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Qeyd: Bu gün 113 saylı Şəki şəhər Seçki Dairəsi DSK-ı Həbibulla Manaflının şikayətinə yenidən baxmış və əsassız hesab etmişdir.

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvləri Validə Kazımova və Tofiq Həsənovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 335 və 336 saylı müraciətlər üzrə
BİRGƏ RƏYİ

Bakı şəhəri 23 fevral 2020-ci il

Biz, ekspert qrupunun üzvləri Validə Kazımova və Tofiq Həsənov 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizədlər Rzayev Razim Rza oğlu və Manaflı Həbibulla Şirin oğlunun 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş həmin seçki dairəsinin dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 63/150 saylı qərarının mübahisələndirilməsinə dair müraciətlərini araşdıraraq müəyyən etdik: Müraciətlər eyni məzmunlu olduğundan və 113 saylı Şəki şəhər seçki dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir. Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Namizədlər R.R.Rzayev və H.Ş.Manaflı müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçki məntəqələrində normal müşahidəyə şərait yaradılmamış, bəzi seçicilər tərəfindən başqasının əvəzinə səsvermədə iştirak edilmiş, lider namizədin xeyrinə səslər artırılmış, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surəti təqdim edilməmiş və digər qanun pozuntularına yol verilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər R.R.Rzayev və H.Ş.Manaflının müraciətləri ilkin olaraq 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasında araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə R.R.Rzayevin müraciəti əsassız hesab edilərək təmin olunmamış, H.Ş.Manaflının müraciəti isə arayışla cavablandırılmışdır. Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqları izah olunmuş, R.R.Rzayevin Komissiyanın iclasında iştirakı təmin edilmiş, H.Ş.Manaflı isə dəvət olunmasına baxmayaraq iclasda iştirak etməmişdir. Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yerləşdirilən görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib olunmasında bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir. Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir. Dairə seçki komissiyasına ünvanlanan müraciətlərdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyaları üzvlərindən, seçilməmiş namizədlər
Məmmədov Samir Cabir oğlu, Bəkirov Rüfət İslam oğlu və Lətifov Etibar Kamal oğlundan izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanılan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamış, R.R.Rzayevin müraciətinin təmin olunmaması barədə qərar çıxarılmışdır. R.R.Rzayevin müraciətinin təmin olunmamasına dair 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 63/150 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, obyektiv və qərəzsiz araşdırma aparılaraq düzgün hüquqi nəticəyə gəlinmiş və qəbul olunmuş qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur. Həmçinin araşdırma ilə müəyyən edilmişdir ki, namizəd H.Ş.Manaflı tərəfindən müvafiq şikayət 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasına Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə verildiyinə baxmayaraq, komissiya qanunun tələbinə əməl etməyərək həmin şikayətə baxılmasını mümkünsüz hesab etməklə hərəkətsizlik etmişdir. Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməlidir, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Beləliklə, H.Ş.Manaflının 20 fevral 2020-ci il tarixli 336 saylı müraciəti təmin edilməli, dairə seçki komissiyası tərəfindən səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları ilə bağlı onun şikayətinə dərhal baxılmalıdır. Həmçinin, 113 saylı Şəki şəhər seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, eyni zamanda səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd R.R.Rzayevin 20 fevral 2020-ci il tarixli 335 saylı müraciəti əsassız hesab edilərək təmin olunmamalı, həmin dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 63/150 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən rəyə gəldik:

  1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Manaflı Həbibulla Şirin oğlunun 20 fevral 2020-ci il tarixli 336 saylı müraciəti təmin edilsin və onun 12 fevral 2020-ci il tarixli müraciətinə dərhal baxılması dairə seçki komissiyasına həvalə edilsin.
  2. 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Rzayev Razim Rza oğlunun 20 fevral 2020-ci il tarixli 335 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 63/150 saylı qərarı dəyişdirilmədən saxlanılsın. 3. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspert qrupunun üzvü: Validə Kazımova

Ekspert qrupunun üzvü: Tofiq Həsənov

Mənbə:>>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.