- Şəki ipək kombinatı

Şəki İpək kombinatının rəhbərliyi dəyişib

Zaur Fazil oğlu Yaqubov “Azəripək” MMC İdarə Heyətinin yeni sədri.

Barama mövsümünün başlanması ərəfəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC öz tabeliyindəki törəmə müəssisənin – Şəki İpək kobinatının, rəhbərini dəyişib; “Azəripək” MMC-nin İdarə Heyətinin sədri aprelin 23-dən etibarən Zaur Fazil oğlu Yaqubovdur.

“İpəkçi”nin əldə etdiyi məlumatlara görə, Zaur Yaqubov yeni təyinatınadək “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin digər törəmə müəssisəsinin – “ASK Şüşə” MMC-nin, direktor müavini olub. O, həmin vəzifədə 2019-cu ilin fevral ayından çalışırdı; 2019-cu ilin fevral ayına qədər isə “ASK Şüşə” MMC-nin direktoru olmuşdur ( 2019-cu ilin fevral ayında “ASK Şüşə” MMC-nin direktor müavini Fəxrəddin Quliyev direktor müavinliyindən direktor vəzifəsinə, direktor Zaur Yaqubov isə direktorluqdan direktor müvini vəzifəsinə keçirilib). Daha əvvəllər isə Zaur Yaqubov bir müddət “Sapphire Plaza” MMC-nin (hotel) direktoru olub.

679 thoughts on “Şəki İpək kombinatının rəhbərliyi dəyişib

Comments are closed.