- Digər xəbər və məqalələr

Şəki Rayon Mərkəzi Xəstəxanasında bir aydan çox ac-susuz saxlanılan vətəndaş Mehriban Əliyevaya şikayət yazdı

Natiq Məmməd oğlu (öz xahişi ilə familiyasını göstərmirik) Şəki Rayon Mərkəzi Xəstəxanasında ona qarşı edilən haqsızlıqdan, laqeyidlikdən, xəstəxanada bir aydan çıx ac-susuz saxlanılmasından, orada ona heç bir yardım, o cümlədən tibbi, yardım göstərilməməsindən  və ƏƏSMN-nin hərəkətsizliyindən xanım Mehriban Əliyevaya ikinci şikayətini yazıb.

Bir nüsxəsi redaksiyamıza göndərilən məktubdan aydın olur ki, onun birinci məktubuna heç bir reaksiya olmayıb, o, bir aydan çoxdur ki, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hərəkət edə bilmir, yaşı 64-ə çatsa da subaydır, kimsəsizdir, evi, daimi yaşayış yeri və daimi işi yoxdur.  Şəki Rayon Mərkəzi Xəstəxanasında isə ona heç bir tibbi yardım göstərilmir, yemək də verilmir, ayaqyoluna getməsinə belə yardım edilmir.  Ona yalnız deyirlər ki adamın gəlsin, bizə pul versin, sənə əlilliyə çıxmaq üçün sənəd verək. ƏƏSMN-dən  isə bildilir ki, həkimlər sənin əlil omağına dair sənəd versinlər, sənə əlillik pensiyası verək. Həkimlər isə deyirlər adamın gəlsin, pul versin, səni əlilliyə çıxaraq. Şəki Rayon Mərkəzi Xəstəxanasının  ƏƏSMN ilə əlbir işlədiklərini, pulsuz heç nə etməyəcəklərini başa düşən vətəndaş, çıxış yolunu xanım Mehriban Əliyevaya ikinci dəfə şikayət etməkdə görür. Hesab edir ki, onun birinci məktubu ört-basdır edilib, amma əmindir ki ikinci məktubu mütləq ünvana yetişəcək və ona lazım olan yardım göstəriləcək, əlillik dərəcəsi təyin olunacaq.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.