- Digər xəbər və məqalələr

Bakıda müharibə tələb edən aksiyaçılar Milli Məclisin binasına daxil olublar!

Bakıda Azadlıq Meydanına doğru yürüş olub.  Bununla bağlı sosial mediada canlı yayımlar edilib.

Yürüşün təşkilatçıları bəlli deyil.

Yürüşdə Qarabağla bağlı şüarlar səsləndirilib.

Daha sonra aksiya iştirakçıları Şəhidlər Xiyabanı qarşısında toplaşaraq Azərbaycan himnini səsləndiriblər, Qarabağla bağlı şüarlar, ali baş komandana müraciətlər səsləndirilib.

Aksiya iştirakçıları Milli Məclisin binasına da daxil olublar. İçəridə qarşıdurma baş verməyib.

Saaat 01.18-də aksiyanın keçirildiyi ərazidə küçə işıqları söndürülüb. Amma aksiyaya qatılanlar mobil telefonların işıqlarını yandıraraq, fit çalaraq etirazlarını bildiriblər. “Azərbaycan” deyə qışqırıblar.

Aksiyaçılar bir neçə dəqiqə “Səfərbərlik” şüarı səsləndiriblər.

Aksiya iştirakçıları “Nəcməddin, istefa” deyə Silahlı Qüvvələrin qərargah rəisi, müdafiə nazirinin müavini Nəcməddin Sadıkovun istefasını tələb ediblər.

Bir saat öncə ərazidə küçə işıqları, ətrafdakı obyektlərin işıqları söndürülsə də, meydana toplaşanlar dağılışmayıb.

Milli Məclisin önündə mikrofon quraşdırılsa da, hələlik rəsmi şəxslərdən çıxış edən yoxdur.

Gecə saat 4 radələrində polis müdaxiləsi ilə aksiyanın dağıdılmasına start verilib.

Mənbə: Azadlıq radiosu>>

5 thoughts on “Bakıda müharibə tələb edən aksiyaçılar Milli Məclisin binasına daxil olublar!

  1. I used to be very pleased to find this net-site.I wished to thanks to your time for this glorious learn!! I definitely having fun with every little bit of it and I’ve you bookmarked to take a look at new stuff you blog post.

Comments are closed.