- Digər xəbər və məqalələr

Daha bir ‘humanitar atəşkəs’ elan olundu

ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan hökumətləri oktyabrın 25-də birgə bəyanat veriblər:

“Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 24-də ABŞ dövlət katibinin müavini Stephen E. Biegun-la görüşmüş və ölkələrinin oktyabrın 10-da Moskvada razılaşdırılmış humanitar atəşkəsin icrasına və ona riayət edilməsinə bağlı olduqlarını təsdiqləmişlər”.

Məlumatda bu da xatırladılır ki, oktyabrın 1-də ABŞ, Fransa və Rusiya prezidentləri bu niyyətlə birgə bəyanat vermişdilər.

Məlumatda qeyd olunur ki, humanitar atəşkəs oktyabrın 26-da yerli vaxtla səhər saat 8-dən qüvvədə olacaq.

Mənbə: >>