- Digər xəbər və məqalələr

Ülfət Xəlilova 1500 manat cərimə?! “İpəkçi” Fikrət Məmmədova müraciət etdi! “Meşə qardaşları” terror təşkilatı…

21 may 2019-cu il tarixdə məlumat vermişdik ki,  Şəki bazarında növbəti intihar cəhdinin qarşısı alınıb,

Ülfət adlı satıcı özünü yandırmaq yolu ilə intihara cəhd edib. Onun daha əvvəl Şəki prokurorluğuna “Şəki-Bazar” ASC rəhbərliyindən şikayət etdiyi, hadisədən əvvəl isə 102 nömrəsinə zəng edərək intihar edəcəyi ilə bağlı məlumat verdiyi deyilir. Ülfət 1986-cı ildən işlədiyi köşkün onun əlindən alınıb başqasına satılmasına etiraz edirdi və intihar yolunu seçmişdi.

Hadisə “Şəki-Bazar” ASC-nin ərazisində baş verib. Ətrafdakı adamların müdaxiləsi nəticəsində baş tutmayıb. Sonra intiharçının xəstəxanaya yerləşdirildiyini deyirlər.

Bu hadisədən 1 il sonra  “Şəki-Bazar” ASC-nin sədri Eldəniz Hacıağayev Şəki Rayon Məhkəməsində iddia qaldırıb,  21 may 2019-cu il tarixində intihara cəhd etmiş Ülfət Xəlilovun intihara cəhd edərkən guya onun şərəf və ləyaqətini alçaltdığına görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. İddianın heç bir hüquqi əsası olmasa da  Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev müəmmalı şəkildə işi icraata götürüb. Məhkəmədə Ülfət Xəlilov  “Şəki-Bazar” ASC-nin sədri Eldəniz Hacıağayevə deyib ki, “sənin şərəf və ləyaqətin Baş Göynük kəndində mollalıq edərkən, etdiyin işlərə görə kənddən qovularkən artıq alçalmışdı, sənin sərəf və ləyaqətini mən alçaltmamışam“… Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev isə bu gün Ülfət Xəlilovu 1500 manat cərimə edib.

Anlaqlı vəziyyətdə olmayan, intihara cəhd edən şəxsin işlətdiyi ifadəyə görə Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev tərəfindən  1500 manat cərimə edilməsi ilə bağlı biz dərhal Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova  müraciət ünvanladıq.  Məktubda “Meşə qardaşları” terror təşkilatı ilə əlaqəli şəxslərin də adlarını qeyd etməyi unutmamışıq. Nəticəsi barədə “İpəkçi”nin oxucularına  növbəti günlərdə məlumat verəcəyimizə söz veririk.

Aydın Məmmədov