- Digər xəbər və məqalələr

Ermənistan təslim oldu!

Xəbər verdiyimiz kimi, Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri Dağlıq Qarabağla bağlı birgə aşağıdakı sənədi imzalayıblar:

-Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırıldığı elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası daha əvvəl tutulmuş mövqelərində dayanırlar.

2. Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 20-ci ilə qədər qaytarılır.

3. Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir.

5. Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Sülhməramlı Mərkəz yerləşdirilir.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək.

Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir.

7. Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar.

8. Hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur.

9. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Mənbə:>>

***

10 noyabr — 02:16

Bir neçə dəqiqə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib.

Müraciət baş nazirin Facebook səhifəsində yerləşdirilib.

Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Mən bu qərarı hərbi vəziyyətin dərindən təhlili və şəraiti daha yaxşı bilən adamların qiymətləndirməsi nəticəsində qəbul etmişəm. Bu qərar həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bu qələbə deyil, amma sən özünü uduzmuş saymayana qədər, məğlubiyyət də yoxdur. Biz özümüzü heç vaxt məğlub saymırıq və bu, milli birliyimizin, dirçəliş dövrünün başlanğıcı olmalıdır. Biz gələcəyimizi planlaşdırmaq və keçmişin səhvlərini təkrarlamamaq üçün müstəqillik illərimizi təhlil etməliyik.

Həlak olmuş hərbçilər qarşısında diz çökürəm. Vətənini canları ilə qorumuş və qoruyan hərbçilərin, zabitlərin, generalların, könüllülərin qarşısında baş əyirəm“, – deyə N.Paşinyan yazıb.

Mənbə:>>

****

10 noyabr — 01:22

Yaxın bir neçə saat ərzində Rusiya və Azərbaycan prezidentlərinin birgə bəyanatı, habelə Rusiya Prezidenti və Ermənistan Baş nazirinin birgə bəyanatı gözlənilir.

Bildirilir ki, Rusiyanın vasitəçiliyi ilə müharibə edən tərəflər sistemli barışıq barəsində razılığa gəliblər. Razılaşma Böyük Siyasi Sazişin hazırlanmasına zəmin hazırlayacaq.

Haqqin.az-ın məlumatına görə, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb). Bundan əlavə, Azərbaycan Şuşa şəhəri də daxil olmaqla, aktiv hərbi əməliyyatlar zamanı qazandığı döyüş mövqelərini qoruyub saxlayır.

Azərbaycan və Ermənistan Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə razılıq bildiriblər. İlkin razılaşmaya əsasən, Rusiya qoşunları qarşıdurma qüvvələri arasında sərhədsiz kordon statusunda çıxış edəcək. Bununla yanaşı, tərəflər Türkiyə hökumətinin Qarabağ probleminin qəti şəkildə həllində fəal iştirakına dair razılığa gəliblər.

Bu birgə bəyanat Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yekun statusunun müəyyənləşdirilməsini nəzərdə tutmur.

Azərbaycan və Ermənistanın Müdafiə nazirləri sistemli atəşkəs rejiminin detallarını müzakirə etmək üçün noyabrın 10-da səhər tezdən Moskvada olacaqlar.

Mənbə:>>

1 thought on “Ermənistan təslim oldu!

Comments are closed.