- Digər xəbər və məqalələr

Şəkili müğənni UNESCO-nun mükafatına layiq görülüb

Şəki, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Türkmənistanın Müstəqillik günü münasibətilə paytaxt Aşqabad şəhərində keçirilən bayram tədbirlərində TÜRKSOY-un sənətçilərinin tərkibində Azərbaycandan Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi, müğənni Namiq Aslanov da iştirak edib və uğurlu çıxışı ilə yadda qalıb.

Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bayram tədbirlərində uğurlu iştirakına, eləcə də türkdilli xalqların mədəni irsinin qorunub saxlanması və yaşadılmasındakı xidmətinə görə Namiq Aslanov UNESCO və Türkmənistan Mədəniyyət Nazirliyi tərəfindən mükafata layiq görülüb.