- Digər xəbər və məqalələr

Şəki Rayon Polis bölməsi dələduzluq yolu ilə vətəndaşların azı 105 min manatdan artıq pulunun mənimsənilməsini niyə ört-basdır edir?

2-3 il əvvəl respublikanın bir çox yerində özlərini Honkonqun QNT LTD adlı şirkətinin təmsilçiləri kimi təqdim edən bir qrup dələduz vətəndaşları aldadaraq pullarını mənimsəyirdilər. Onlar barədə cinayət işi açıldı, bir çoxu həbs olundu, bəziləri qaçdı, qaçanlar axtarışa verildi.

Amma Şəkidə əksinə, Şəki Rayon Polis Şöbəsi bu dələduzların dələduzluq fəaliyyətini qanuni hesab edərək cinayət işinin açılmasına imkan vermir. Üç il ərzində, bir dəfə Baş Prokurorluq, bir dəfə Bakı Şəhər prokurorluğu, bir dəfə Şəki prokurorluğu Şəki Polis şöbəsinin qərarını ləğv edib, yenidən baxılmaq üçün geri qaytarıb. Şəki Rayon Polis şöbəsində isə yenidən heç nəyə baxılmır, şikayətçilərə yeni tarixlə əvvəlki qərarın sürəti verilir: Bu işdə cinayət tərkibi yoxdur!

Şikayətçilər – 15 nəfər, bu barədə Şəki Rayon Polis Şöbəsinin 07.12.2018-ci il tarixli qərarını alan kimi dərhal Şəki Rayon Prokurorluğuna yenidən şikayət ediblər.

Əvvəl şikayətçi olmuş Anar Qasımov adlı bir nəfər isə artıq şikayətçi deyil. Deyilənə görə dələduzlar onun 20 min manatdan çox pulunu mənimsəyiblərmiş, amma görünür onun pulu özünə qaytarılıb. Belə ki Anar Qasımov, Şəki Rayon Polis Şöbəsi İstintaq bölməsinin müstəntiqlərindən birinin qardaşı oğludur, hansı ki dələduzlara qarşı istintaqı o aparıb və sonda işdə cinayət tərkibinin olmadığını qət edib. Belə başa düşmək olar ki, ən azından qardaşı oğlunun 20 min manatı qaytarıldığına görə belə mövqe tutub, başqalarının pulları isə onu maraqlandırmır.

Bir neçə kəlmə də cinayətin detalları barədə: Dələduzlar şəhərin gediş-gəlişin çox olduğu yerində ofis açıblar, vərəqələr, lövhə elanları, yaxud elektron məktublar vasitəsi ilə vətəndaşlara yüksək qazanclı iş təklif edərək ofislərinə dəvət ediblər. Tora düşən vətəndaş ofisə getdikdə, ona deyiblər ki iş istəyirsənsə, əvvəlcə bizim firmaya üzv olmalısan, bizim firmaya üzv olmaq üçün isə, gərək bizdən bir şey satın alasan. Tora düşən vətəndaş onlardan məsələn, 800 dollara Türkiyəyə tur-paket alır. Lakin it də gedir, ip də. Dələduzlar nə tur-paket verirlər, nə də pulu qaytarırlar. Şəki Rayon Polis Şöbəsi isə deyir bu işdə cinayət tərkibi yoxdur?!

Dələduzların Şəki ofisinin rəhbəri, deyilənə görə Ruslan adlı şəxsdir və o, Şəki Mühafizə Xidməti Bölməsinin əməkdaşı olmaqla Kapitalbankın mühafizəçisi vəzifəsində işləyir.

Dələduzlar bir neçə vəzifəli şəxsin adından istifadə edirdilər, o cümlədən, onların şirkətinin guya birinci xanıma aid olduğunu iddia edirdilər.

Aydın Məmmədov

13 thoughts on “Şəki Rayon Polis bölməsi dələduzluq yolu ilə vətəndaşların azı 105 min manatdan artıq pulunun mənimsənilməsini niyə ört-basdır edir?

  1. When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time
    a comment is added I get four e-mails with the
    same comment. Is there any way you can remove people from that service?
    Thanks!

  2. What you typed made a ton of sense. But, think on this,
    what if you added a little information? I mean, I don’t want to tell you
    how to run your blog, however what if you added a post title
    that makes people want more? I mean Şəki Rayon Polis bölməsi dələduzluq yolu ilə vətəndaşların azı 105 min manatdan artıq pulunun mənimsənilməsini
    niyə ört-basdır edir? – "İpəkçi" qəzeti is a little vanilla.
    You should glance at Yahoo’s home page and note how they write news titles to grab people to
    open the links. You might add a related video or a related picture or two to get people excited about what you’ve got to
    say. Just my opinion, it would bring your posts a little bit more interesting.

  3. Hi excellent blog! Does running a blog such as this take a large amount of
    work? I’ve virtually no expertise in computer programming however I had been hoping to start
    my own blog in the near future. Anyway, should you have any
    suggestions or techniques for new blog owners please share.
    I understand this is off topic however I just wanted to ask.
    Thank you!

  4. With havin so much content do you ever run into any issues of plagorism or copyright
    infringement? My site has a lot of exclusive content I’ve either written myself or outsourced but it appears
    a lot of it is popping it up all over the internet without my agreement.
    Do you know any methods to help prevent content from
    being ripped off? I’d certainly appreciate it.

  5. We absolutely love your blog and find most of
    your post’s to be exactly I’m looking for. Do you
    offer guest writers to write content in your case?
    I wouldn’t mind composing a post or elaborating on most of the
    subjects you write related to here. Again, awesome
    site!

  6. Howdy would you mind letting me know which web host you’re working
    with? I’ve loaded your blog in 3 completely different web browsers and I must say this blog loads a lot quicker then most.
    Can you recommend a good internet hosting provider at
    a reasonable price? Thanks, I appreciate it!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.