- Tədbirlər

Şəkidə “Gender bərabərliyi və media azadlığı” mövzusunda ikigünlük informasiya sessiyası

Aprelin 25-də Şəki şəhərindəki “Shaki Palace” hotelində Avropa Şurasının “Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Şəki rayonunda fəaliyyət göstərən QHT və media təmsilçiləri üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda informasiya sessiyası başlayıb.

Sessiyanın açılışının Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes tərəfindən edilməsi əvvəlcədən planlaşdırılsa da, sonda o, tədbirə qatılmadı. Nəticədə sessiyanı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ilə Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli açdılar.

Sonra Aydın Səfixanlı iştirakçılar qarşısında “Gender bərabərliyi və media azadlığı: Azərbaycan təcrübəsi və digər qabaqcıl təcrübələr” mövzusunda mühazirə ilə çıxış etdi.

Daha sonra Müşfiq Ələsgərli və Sevinc Əliyeva (Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini) “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” (gender bərabərliyi perspektivindən yenilənmiş versiya) mövzusunda, Ələsgər Məmmədli (müstəqil ekspert) “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurası standartları“, Sevil Yusifova (Qadın Jurnalistlər Assosiasiyasının prezidenti) “Azərbaycan mediasında gender bərabərliyi: nailiyyətlər və problemlər“, Kəmalə Həsənova (müstəqil jurnalist) isə “Regionlarda qadın jurnalistlər və media” mövzusunda mühazirə ilə çıxış etdilər.

Məlumat üçün əlavə edək ki, aprelin 25-də burada bölgənin digər rayonlarında fəaliyyət göstərən QHT və KİV təmsilçiləri üçün eyni mövzuda informasiya sessiyası keçiriləcəkdir.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.