- İpəkçilik

Şəki Regional Elmi Mərkəzində yaradılan tut ipəkqurdu cinslərinin bölgələrdə yetişdirilməsinə icazə verilib

Patent almaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində yaradılmış “Yaqub” və “Çingiz” tut ipəkqurdu cinsləri, həmçinin “Çingiz x Yaqub”, “Yaqub x Çingiz” tut ipəkqurdu hibridləri Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində qeydiyyata alınaraq, respublikanın müxtəlif bölgələrində yetişdirilməsinə icazə verilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü məlumat verib.

Mərkəzin direktoru bildirib ki, ümumiyyətlə, 2018-ci ildə Regional Elmi Mərkəzin əməkdaşları tərəfindən 1 monoqrafiya, 2 kitab, 3 metodiki vəsait və 3 tədris proqramı nəşr olunub. Mərkəzin əməkdaşları ötən il Türkiyə və Ukraynada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər. Daha bir əməkdaş isə Hindistanın Maysuru Mərkəzi İpəkçilik Tədqiqatları və Tədris İnstitutunda 30 günlük təlimlərə qatılıb. Bundan əlavə, ötən il Mərkəzin əməkdaşları tərəfindən 24 tezis çap olunub, 30 elmi jurnalda məqalələr dərc etdirilib.

 Mustafa Dadaşov

Mənbə: >>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.