- İpəkçilik

Tərtərdə “Tut ipəkqurdunun bəslənməsinə dair aqrozootexniki tövsiyyələr” mövzusunda təlim keçirilib

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə Tərtər rayon Gənclər Mərkəzində “Tut ipəkqurdunun bəslənməsinə dair  aqrozootexniki tövsiyyələr” mövzusunda təlim keçirilib.

Təlim kümçülərin bilik və bacarıqlarını artırmaq, onlara müvafiq tövsiyələr vermək, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərmək məqsədi ilə təşkil olunub.

Təlimdə iştirak edən mütəxəssislər baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə barama qurdlarının bəslənilməsi ilə bağlı lazımi məsləhət və tövsiyələrini veriblər. Tədbirdə baramaçılığın çox sərfəli və gəlirli bir fəaliyyət sahəsi olduğu vurğulanıb.

Bundan başqa kümçülərə Tərtər DAİM-in əməkdaşları tərəfindən maarifləndirici materiallar, barama qurdunun xəstəlik və zərəvericilərinə qarşı mübarizə tədbirlərini əks etdirən bukletlər, məlumat kitabçaları paylanıb. Həmçinin, təlim çərçivəsində ipək qurdunun bəslənməsi qaydalarından bəhs edən məlumatlandırıcı film nümayiş olunub.

Yığıncaqda ötən illərdə yüksək məhsuldarlıq əldə etmiş kümçülər çıxış edib. Təlimin sonunda kümçüləri maraqlandıran suallara ətraflı cavab verilib. 

Mənbə: >>

4 thoughts on “Tərtərdə “Tut ipəkqurdunun bəslənməsinə dair aqrozootexniki tövsiyyələr” mövzusunda təlim keçirilib

  1. This is the right weblog for anybody who desires to find out about this topic. You realize a lot its nearly arduous to argue with you (not that I really would want匟aHa). You positively put a brand new spin on a topic thats been written about for years. Great stuff, just nice!

Comments are closed.