- İpəkçilik

Zaqatalalı kümçülərə 1500 qutu ipəkqurdu paylanılacaq

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 12 ton artırılaraq, 60 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 1500 qutu ipəkqurdu paylanılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılacaq ipəkqurdları rayonun özündə yetişdirilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1500 qutusu aprelin 24-də Zaqatala rayonundakı barama toxumu zavodunda inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti artıq başa çatıb və əldə olunan ipəkqurdlarının mayın 2-dən bölgü əsasında rayonun kümçülərinə paylanılmasına başlanılıb.

Barama toxumu zavodunun direktoru Camal Köngülovun verdiyi məlumata görə, prosesin ilk günündə 190-dək kümçüyə 400 qutu və ya 7,6 kiloqram ipəkqurdu paylanılıb.

Zaqatalalı kümçülərə ipəkqurdlarının paylanılması prosesi növbəti iki gün ərzində başa çatdırılacaq.

Mənbə: >>

4 thoughts on “Zaqatalalı kümçülərə 1500 qutu ipəkqurdu paylanılacaq

  1. There are definitely loads of particulars like that to take into consideration. That is a nice level to deliver up. I provide the ideas above as common inspiration however clearly there are questions like the one you bring up where the most important thing will likely be working in honest good faith. I don?t know if best practices have emerged around things like that, however I’m certain that your job is clearly recognized as a fair game. Both girls and boys really feel the affect of just a second抯 pleasure, for the remainder of their lives.

Comments are closed.