- Şəki ipək kombinatı

Xoş gəlmisiniz, əziz Azərbaycanlı dostlar…

Şəki ipək kombinatının baş direktoru Nizami Qəribovun fevral və aprel aylarında Azərbaycan nümayəndə heyətinin tərkibində qardaş Özbəkistana etdiyi işgüzar səfərlərlə bağlı özbək mediasında gedən yazıları vaxtlı-vaxtında oxucularımızın nəzərinə çatdırmağa çalışmışıq; bax:

Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənd traktor zavodunda;

Новый импульс в активизации и расширения сотрудничества;

Buxarada 5-6 aprel tarixdə Beynəlxalq İpəkçilik Komissiyası (BİK) İcraiyyə Komitəsinin növbəti yığıncağı keçirilib;

Низоми Гарипов: Между Азербайджаном и Узбекистаном развиваются всесторонние отношения… .

Təəssüflər olsun ki, ən maraqlı yazılardan biri gözümüzdən yayınmışdı, onu yalnız bu gün aşkar etdik, buyurun oxuya bilərsiniz:

Xoş gəlmisiniz,əziz Azərbaycanlı dostlar! Хуш келибсиз, азиз​ Озарбайжон​лик дўстлар!

2019-cu ilin 5 fevral tarixində “Özbekipəksənaət” assosiasiyasının binasında Azərbaycan Respublikasının ipəkçilik şirkətinin rəhbəri Nizami Qəribov və nümayəndə üzvləri ilə görüş keçirilmişdir.

Görüşdə hörmətli qonaqlar və nümayəndə üzvləri əvvəlcə ipək qurdu bəslənilməsində istifadə olunan müasir kümxanaların fəaliyyəti ilə tanış oldular.

Qeyd edildi ki, Özbəkistanın əlverişli iqlim şəraiti və məhsuldar torpağı, günəşli mövsümləri ipək qurdunu il ərzində bir neçə dəfə təkrar yetişdirmək imkanı verir. Bu isə öz növbəsində ipək qurdundan keyfiyyətli barama yetişdirilməsində mühüm əhəmiyyət kəsb edəcək.

Çox illərdən bəri diqqət yetirilməyən Azərbaycan baramaçılığında bu kümxanaların unikal yeri qonaqlar tərəfibndən vurğulandı.

Hörmətli qonaqlar, həmçinin nümayəndə üzvləri üçün Özbəkistan respublikasında ipəkçiliyin inkişafı, müəssisələrdə istehsal edilən məhsullar və milli geyimlər sərgisi nümayiş etdirildi.

Qonaqlar “Özbekipəksənaət“ assosiasiyası idarə heyəti sədrinin xarici məsləhətçiləri tərəfindən bu sahəyə tətbiq olunan innovasion layihələrlə tanış edildi.


Assosiasiyanın müəssisələrində istehsal edilən ipək parçalar qonaqlarda böyük maraq doğurdu.

Min illər əvvəl Azərbaycanda inkişaf etmiş ipək xalçaçılığın bugünkü gündə Özbəkistanda inkişafı və dünya bazarlarında münasib yer tutması sərgiyə qoyulan ipək xalçaların keyfiyyətindən bilinməkdədir.

Sərginin nümayişindən sonra qonaqlar, nümayəndə üzvləri və
“Özbekipəksənaət“ assosiasiyası nümayəndələri, ipəkçilik üzrə ixtisaslaşmış müəssisələrin nümayəndələrinin iştirakı ilə açıq söhbət keçirildi.

Söhbətdə “Özbekipəksənaət“ assosiasiyası rəisi B.Şərifov Yurtbaşımız Şəvkət Mirziyoyev tərəfindən ölkəmizdə ipəkçiliyin inkişafına göstərilən yüksək diqqət nəticəsində bu sahədə davamlı yüksəlişlərin əldə edilməsi haqqında məlumatlar verdi. O cümlədən, B.Şərifov cari ildə ipək qurdu yetişdirilməsində innovasion texnologiyaların tətbiqi, xüsusən, müasir kümxanalarda yüksək keyfiyyətli barama yetişdirilməsinin əsas məqsəd olduğunu bildirdi.

Qısa davam edən görüşün qonaqlarda dərin təəssürat doğurması şübhəsizdir.

Mənbə: >>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.