May ayının 15-17 tarixlərində Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgisi keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin saytında məlumat verilir ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən sərgidə “Azərbaycan Sənaye Korporasiyası” ASC, o cümlədən onun törəmə müəssisələri – “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, “ASK Heyvandarlıq” MMC və “ASK Şəki Şərab” zavodu iştirak edib.

Məlumat üçün əlavə edək ki, “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya, İtaliya, Türkiyə, Şri-Lanka, Gürcüstan, Niderland Krallığı və digər ölkələri təmsil edən şirkətlər də iştirak edirdi. Ənənəvi olaraq sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da təmsil olunub.

I would like to thank you for the efforts you have put in writing this blog.
I am hoping to check out the same high-grade blog posts by you
in the future as well. In fact, your creative writing abilities has encouraged me to get my very own blog now 😉