- Digər xəbər və məqalələr

Şəki Rayon Polis bölməsi vətəndaşların azı 105 min manatdan artıq pulunun mənimsənilməsini yenə ört-basdır etmək istəyir?

19 yanvarda dərc etdiyimiz “Şəki Rayon Polis bölməsi dələduzluq yolu ilə vətəndaşların azı 105 min manatdan artıq pulunun mənimsənilməsini niyə ört-basdır edir?” başlıqlı məqalədən sonra Respublika Prokurorluğu bu məsələyə xüsusi diqqət yetirməyə başladı, zərərçəkmişlərin hamısı Respublika Prokurorluğuna dəvət olundular. Lakin hələlik ortada heç bir nəticə yoxdur. Buna görə zərərçəkmişlər (16 nəfər) aidiyyəti olan orqanlara yenidən müraciət ediblər. Müraciətin mətni aşağıdakı kimidir:

Bizlər, 16 nəfər vətəndaş çoxsaylı müraciətlərimizdən sonra bir daha 10.05.2019-cu il tarixli ərizəmizlə Sizə müraciət edərək Cabbarlı Turan Tahir oğlu və onun xalası oğlu İlyasov Arzuman Azər oğlunun dələduzluq əməllərinin qurbanı olduğumuzu, dəfələrlə Sizə müraciət etməyimizə baxmayaraq Şəki ŞRPŞ-nin araşdırmaları qənaətbəxş aparmamasından, bəzilərinin dələduzlara himayədarlıq etdiyindən və bu səbəbdən də dələduzların arxayılaşmasından şikayətlənmişdik.

Baxmayaraq ki, Şəki rayon Prokurorluğu tərəfindən Şəki ŞRPŞ-nin qəbul etdiyi qeyri obyaktiv qərar ləğv olunaraq  iş araşdırılması üçün yenidən istintaqa qaytarılmışdır, lakin bu istintaqın gedişi barədə bizə heç bir məlumat verilmir. Elə bu səbəbdən də biz vətəndaşlarda ciddi narahatlıq əmələ gəlir.

Yuxarıda göstərdiklərimizi nəzərə alaraq Şəki rayon Prokurorluğu tərəfindən ŞRPŞ-nin 07.12.2018-ci il tarixli qərarının ləğv olunaraq iş materiallarının yenidan araşdırılmasını nəzarətə götürməyinizi və dələduzların cinayət məsuliyyətinə cəlb olunmasına köməklik göstərməyinizi bir daha Sizdən xahiş edirik.

          Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.