- Şəki ipək kombinatı

“Azəripək” MMC 2019-cu ilin aprel ayında 303 min manatlıq məhsul eksport edib

“Azəripək” MMC 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlətə məxsus şirkətləri arasında qeyri-neft sektoru üzrə məhsulunu ən çox eksport etmiş 10 şirkətdən biridir, – bu, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə aid “İxrac icmalı” jurnalının son sayında göstərilib.

Məlumat üçün əlavə edək ki, “Azəripək” MMC yanvar ayında 135 min
ABŞ dolları dəyərində məhsulunu eksport etdikdən sonra, fevral-mart aylarında xarici ölkələrə mal satmamışdı (Bax: “Azəripək” MMC 2019-cu ilin fevral-mart aylarında məhsulunu heç eksport etməyib ).

“Azəripək” MMC-nin aprel ayı üçün eksportu isə 303 min ABŞ dolları dəyərində olub.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.