- Şəki ipək kombinatı

İyunun 17-dək 565 tondan çox yaş barama tədarük olunub

Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilir ki, iyunun 17-nədək kümçülər tərəfindən “Azəripək” MMC-yə 565,02 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər 11,14 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Qax, Kürdəmir və Ağdam rayonları öndədir. Bu günədək Zərdabda 64,77 ton, Ağcabədidə 51,09, Zaqatalada 51,00 ton, Füzulidə 49,72 ton, Balakəndə 43,85 ton, ton, Şəkidə 38,99 ton, Bərdədə 35,33 ton, Qaxda 24,87 ton, Kürdəmirdə 22,43 ton, Ağdamda 16,80 ton, Ağdaşda 16,14 ton, Tərtərdə 14,41 ton, Göyçayda 14,18 ton, Sabirabadda 12,75 ton, Ucarda 11,06 ton, İmişlidə 8,54 ton, Tovuzda 8,42 ton, Ağsuda 8,29 ton, Lənkəranda 7,48 ton, Cəbrayılda 5,02 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.