7 sentyabrda Şəki təhsil işçilərinin ənənəvi konfransı keçirilib

Dərc edildi:
Şərhlər 0


Z. Cavadova, E.Usubov və Sübhi Kazımov

AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadaşov xəbər verir ki, konfransda Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın 2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilib.

Bildirilib ki, ötən dərs ilində rayonun məktəblərində oxuyan 24 min 730 şagirdin 23 faizi dərs ilini əla qiymətlərlə başa vurub. Dərs ilinin yekunlarına görə, 1733 şagird tam orta təhsil, 2008 şagird isə ümumi orta təhsil haqqında attestat alıb. Sevindirici haldır ki, təhsilini əla qiymətlərlə başa vuran şagirdlərin hamısı yüksək balla ali məktəblərə qəbul olunublar.

Diqqətə çatdırılıb ki, 2017-2018-ci dərs ilində rayonda təmayül siniflərin şəbəkəsi daha da genişləndirilib. Belə ki, Şəkinin təmayülləşmə tətbiq edilən 24 ümumtəhsil məktəbində X siniflər üzrə 8 təmayül və 28 kombinə olunan təmayül siniflər, XI siniflər üzrə isə 3 təmayül sinif fəaliyyət göstərib. Bu siniflərdə təhsil alan 800-dən çox şagird müvafiq tədris planları və proqramları əsasında ayrı-ayrı fənlər üzrə mövzuları daha dərindən və hərtərəfli öyrənməyə səy göstəriblər.

Ötən dərs ilində Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1733 məzundan 1279 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib, onlardan 888 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500-dən, 81 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Ali məktəblərə qəbul olunanlar arasında rayonda fəaliyyət göstərən 72 tam orta məktəbin hamısının təmsilçiləri var. Şəhər 5 və 19 nömrəli tam orta məktəblərin məzunlarının demək olar ki, hamısı ali məktəblərə qəbul olunub.

Bildirilib ki, Şəkidə yeni məktəb binalarının tikintisi və təmiri geniş vüsət alıb. Son bir neçə ildə rayonda 30 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Yeni inşa edilən 624 şagird yerlik Baş Zəyzid kənd tam orta məktəbi dərs ilinə hazırdır. Bundan əlavə, yeni dərs ilində 5 modul tipli məktəb də istifadəyə veriləcək.

Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Təhsil Nazirliyinin məsul nümayəndəsi Sübhi Kazımov çıxış edərək, ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısından danışıb, müəllimlərə tövsiyyələrini bildiriblər.
Sonda respublika müsabiqəsinin qalibi olan müəllimlər mükafatlandırılıb.

Yazdı:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





ILK-10