Elxan Usubov İpək kombinatının sabiq işçisini işə bərpa etməyə söz verdi

Dərc edildi:
Şərhlər 0


Şəki şəhər İcra hakimiyyəti başçısı (solda) və Şəki ipək kombinatının sabiq
işçisi Rəcəb Qəribov (sağda)

Şəki ipək kombinatının sabiq işçisi, YAP üzvü Rəcəb Qəribov «İpəkçi»-yə bildirdi ki, işdən aldadılaraq çıxarılıb və işinə bərpa olunmaq üçün Şəki şəhər İcra hakimiyyəti başçısı Elxan Usubovun qəbuluna düşüb. Bildirir ki işlədiyi vaxt ona uzaq səfərə getmək lazım olub. Müdriyyətdən qanuni məzuniyyət tələb etsə də, ona məzuniyyət verilməyib. Əvəzində təklif ediblər ki, işdən çıxsın, bir ay sonra qayıdarkən yenidən işinə bərpa ediləcək. Lakin Rəcəb Qəribov bir ay sonra səfərdən geri döndükdə onu işə götürməyiblər.

YAP üzvü Rəcəb Qəribov bir ildən çoxdur ki işsiz qalıb, heç bir maddi təminatı yoxdur. Deyir ki Şəki ipək kombinatının baş direktoru Nizami Qəribovun qəbul saatı yoxdur, işçiləri qəbul etmir. Telefonuna zəng edib qəbul etməsini xahiş etdikdə isə cavab verir ki bura icra hakimiyyəti deyil, o işçiləri qəbul etməyə borclu deyil.

Elxan Usubov Rəcəb Qəribovu diqqətlə dinlədikdən sonra bu məsələni Şəki ipək kombinatının baş direktoru Nizami Qəribovla müzakirə edəcəyini bildirib. Və Rəcəb Qəribova söz verib ki, onu işinə bərpa edəcək.

Dərc edən

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





ILK-10