Qax Damazlıq İpəkçilik Stansiyasında Hibrid və Elit barama toxumları yetişdiriləcək

Dərc edildi:
Şərhlər 0


Qax Damazlıq İpəkçilik Stansiyasının ipəkçi-aqronomları Laləzar Heydərova, Maro Naddiraşvili
və gənc mütəxəssis Toğrul Fətəli Çin Xalq Respublikasının Tsizyan şəhərində yerləşən toxum
hazırlayan zavodlarda təcrübə keçərkən.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası və əlavə istehsal sahələrinin yaradılması istiqamətində işlər artıq başa çatmaq üzrədir. Müasir standartlara uyğun yenidən qurulan stansiyada Çin Xalq Respublikasından gətirilmiş ən yeni texnoloji avadanlıq quraşdırılıb. Stansiyada Hibrid və Elit barama toxumları yetişdiriləcək. Beləliklə, daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq.

Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ipəkqurdu toxumlarının yetişdirilməsi ilə məşğul olacaq yerli mütəxəssislərin hazırlanması məqsədilə uzun illər stansiyada çalışan ipəkçi-aqronomlar Laləzar Heydərova, Maro Naddiraşvili və gənc mütəxəssis Toğrul Fətəli 15 gün müddətində Çin Xalq Respublikasında olub, Tsizyan şəhərində yerləşən toxum hazırlayan zavodlarda təcrübə keçiblər. Onlar laboratoriyalarda mikroskopik avadanlığın idarə olunması, həmçinin yeni texnologiyalar əsasında ipəkqurdu toxumunun hazırlanması prosesi ilə əyani şəkildə tanış olublar. Qaxlı mütəxəssislər, eyni zamanda, barama toxumu zavodlarının ətrafında salınan tut plantasiyalarına xidmət işləri ilə də maraqlanıb, çinli həmkarlarından dəyərli məsləhətlər alıblar. Onlar Çində əldə etdikləri bilikləri, qazandıqları təcrübəni gələcəkdə öz müəssisələrində tətbiq edəcəklər.

Qax, 2 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC.

Dərc edən

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





ILK-10