Hadi Rəcəbli: “Pensiya almaq istəyənlərə 25 illik staj hədiyyə olunacaq!”

Dərc edildi:
Şərhlər 1


Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli iş otağında.

“Həmişə hər bir vətəndaş yaşa görə əmək pensiyasına çıxan zaman ondan 25 il staj tələb olunurdu. Bu staj olmayan zaman isə müraciət edən vətəndaş pensiyaya çıxa bilmirdi və müəyyən problemlər yaranırdı”.

Bu sözləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edərkən deyib.

Komitə sədri bildirib ki, dəyişikliyə görə pensiya almaq üçün müraciət edən hər bir vətəndaşa 2006-cı ilə qədər 25 il staj hesablanacaq.

“Məsələn, bir adam pensiyaya çıxmaq istəyir və onun 25 il stajı yoxdur. Bu zaman isə ona 2006-cı ilə qədər 25 il staj hesablanacaq.

Hesab edirik ki, bu hesabla da pensiya hüququ əldə edən vətəndaşların sayı və onlara ödəniləcək məbləğ artacaq. Məhz bu məqsədlə 2019-cu ilin dövlət büdcəsində əlavə 342 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Mirmahmud KAZIMOĞLU

Mənbə: Modern.az >>

P.S. Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək iclasının gündəliyinə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin daxil edilməsinindən çox mənun olduq və problemin həllinə kömək etdiyi üçün Hadı Rəcəbliyə təşəkkür edirik.

Yuxarıda göstərildiyi kimi, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə başa düşürük ki təqaüdə çıxmağa hazırlaşanlar bu dəyişiklikdən sonra «Trudavoy» kimi tanıdıdığımız Əmək kitabçalarını sandıqdan çıxarmaya da bilərlər.

Dərc edən:

Şərhlər

  1. Nə yaxşı oldu, Trudavoyumi onsuzda itirmişdim.

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.