Azərbaycan kəlağayısı hal-hazırda yalnız Türkmənistanda toxunur

Dərc edildi:
Şərhlər 0


Xalq Artisti Şahnaz Haşımova Şəki ipək kombinatının mağazasında , – 2010-cu il (Bax: >>)

Azərbaycan kəlağayı sənəti 2014-cü ilin sonunda «Kəlağayı simvolizmi və ənənəvi sənəti» adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilsə də bu gün Azərbaycanda kəlağayı toxunmur.

Azərbaycanda kəlağayı toxuyan sonuncu müəssisə Şəki ipək kombinatı idi, lakin 1 fevral 2018-ci il tarixdən kombinatın toxucu istehsalatının fəaliyyəti dayandırılb və yenidən bərpa ediləcəyi gözlənilmir.

Şəki ipək kombinatı bir ildir ki «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin mülkiyyətinə götürülmüşdür.

«Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadə isə bildirir ki, Şəki ipək kombinatının toxucu istehsalatındakı «avadanlıqların köhnə olması və bazar tələbatına uyğun məhsul istehsal etmək mümkün olmadığı üçün onların fəaliyyəti rentabelli olmadığına görə müvəqqəti dayandirılmışdır» (Bax: >>).

Lakin əslində toxucu istehsalatındakı dəzgahların bir qədər köhnə olması kəlağayı istehsalı üçün heç bir maneə yaratmırdı. Sübut olaraq göstərə bilərik ki yaxın illərdə həmin istehsalatda ayda 15 min ədəd kələğayı toxunub və bunun böyük hissəsi xaricə satılıb.

Yeri gəlmişkən onu da əlavə edək ki toxucu istehsalatında 2012-ci ildə modern toxucu dəzgahları da quraşdırılmışdır (Bax: >>) . Kəlağayı da əsasən həmin dəzgahlarda toxunurdu…

İstehsalatın tam işlək vəziyyətdə olmasına və istehsal etdiyi məhsula təlabatın olmasına baxmayaraq fəaliyyətinin dayandırılmasının iqtisadi nöqteyi-nəzərdən heç bir izahı yoxdur.

Məlumat üçün əlavə edək ki 2018-ci il fevral ayının 1-dən sonra toxucu istehsalatının 129 nəfər işçisi, burucu sexinin isə 37 işçisi işsiz qalıb, onlaın hamısı aldadılaraq «öz xahişləri ilə» işdən azad ediliblər…

Şəki ipək kombinatından başqa Şəkidə «Ziya dayının yeri» kimi tanınan sexdə və İsmayıllı rayonunun Basqal kəndindəki sexdə də kəlağayı toxuna bilərdi. Bunlardan birincisində 3-4 il əvvələ qədər Türkmənistan ipəyi ilə kəlağayı toxunub. Basqaldakı sexdə də nə vaxtsa kələğayı toxunmuşdu, lakin indi yalnız Türkmənistandan gətirilən xam kələğayını gülləyib satmaqla kifayətlənirlər.

Burada maraqlı məqam budur ki, Şəki ipək kombinatı yaxın keçmişdə ayda 15 min ədəd xam (güllənməmiş) kələğayı toxuyaraq xaricə satıb, Azərbaycanda kələğayı gülləyən sex isə xam kələğayını xaricdən alıb?!

O cümlədən, bizdə olan məlumata görə Şəki ipək kombinatı Rusiyaya satdığı pambıq ipliyi 1 manat 52 qəpiyə rəsmiləşdirdiyi vaxt, Azərbaycan daxilindəki müəssisələr kombinatdan həmin qiymətə pamdıq iplik ala bilmirmiş…

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.