Şah İsmayılın ölümü ilə bağlı internetdə yeni animasiya yayıldı

Dərc edildi:
Şərhlər 0


“Cahangüşa-yi xaqan-i sahibqiran» əsərindən Şah İsmayılın ölümü ilə bağlı hissəni ilk dəfə azərbaycan dilinə tərcümə etmiş Namiq Musalının şəkli animasiyada

Axar TV Səfəvilər dövlətinin banisi Şah İsmayılın ölümü ilə bağlı 30 noyabr 2018-ci il tarixdə internetdə yeni animasiya yayıb (Bax: >>). Animasiyada Şah İsmayılın ölümü ilə bağlı müxtəlif versiyalar təhlil olunur və sonda aparıcı Şah İsmayılın ölümünə onun məhz Şəkidə ov etməsinin səbəb olması üzərində dayanır, bunu ən doğru versiya hesab edir…

Şah İsmayılın Şəkidə ov etməsinin onun ölümünə səbəb olması haqqında “Cahangüşa-yi xaqan-i sahibqiran» əsərində dolayı məlumat verilib. Əsərin bu barədə hissəsini isə ilk dəfə azərbaycan dilinə 2009-cu ildə Namiq Musalı tərcümə edib və ilk dəfə «Şəkinin səsi» qəzetində və «Şəki tarixi» saytında dərc olunub (Bax: >>). Bundan yalnız 9 il sonra mövzu Azərbaycanın aparıcı mediasının diqqətini cəlb etdi.

Animasiya ilə tanış olması üçün dünən Namiq Musalıya e-məktub yazdıq, cavab verdi ki «Bu gün səhər baxmışdım. Sizin qəzetdəki məqalədən də istifadə olunub. Şahdağda ov məsələsi haqqında».

Yeri gəlmişkən əlavə edək ki, «Şahdağ» Şəki əhalisinin yaxın keçmişdə Böyük Qafqaz sıra dağlarına verdiyi ad idi. Səfəvi tarixçisi Şahdağda öv etməyin qadağan olunduğunu yazır. Təəssüf ki biz bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmirik. Yalnız bilirik ki Çingiz xan yaz-yay mövsümündə ov etməyi qadağan etmişdi. Şah İsmayılın Şəkidə ov etməsi də məhz yaz mövsümünə – ov qadağan olunmuş mövsümə təsadüf edib. Ola bilər, “Cahangüşa-yi xaqan-i sahibqiran«da bu nəzərdə tutulur.

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.