Çindən Azərbaycana yenidən bir milyon ədəd tut tingi gətirilib

Dərc edildi:
Şərhlər 0



Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində ölkəyə Çin Xalq Respublikasından daha bir milyon ədəd tut tingi gətirilib.

AZƏRTAC xəbər verir ki, çinli mütəxəssislərin müşayiəti ilə ölkəmizə gətirilən tut tingləri 36 rayona göndərilib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, tinglər rayonlardan verilən sifarişlər əsasında bölüşdürülür. Tut tingləri bölgələrdə əvvəlcədən müəyyənləşmiş ərazilərdə Çin texnologiyası əsasında əkiləcək. Əkin prosesini Çindən gəlmiş mütəxəssis müşahidə edəcək.

Nazir müavini indiyədək ölkəyə 3,5 milyon tut tinginin gətirildiyini deyib. Bu il ölkədə 514 ton yaş barama istehsal olunduğunu bildirən İlham Quliyev qeyd edib ki, yeni tinglərin gətirilməsi gələn il daha çox məhsul əldə etməyə imkan verəcək. Çin Xalq Respublikası ilə aparılan danışıqlara əsasən bu il ölkəyə 20 min qutu ipəkqurdu gətirilməsi nəzərdə tutulur. Çindən gətirilən tut tingləri və ipəkqurdu kümçülərə əvəzsiz olaraq veriləcək. Dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə edirlər.

Xatırladaq ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Mənbə: >>

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.