Şəki Rayon Polis bölməsi dələduzluq yolu ilə vətəndaşların azı 105 min manatdan artıq pulunun mənimsənilməsini niyə ört-basdır edir?

Dərc edildi:
Şərhlər 1

2-3 il əvvəl respublikanın bir çox yerində özlərini Honkonqun QNT LTD adlı şirkətinin təmsilçiləri kimi təqdim edən bir qrup dələduz vətəndaşları aldadaraq pullarını mənimsəyirdilər. Onlar barədə cinayət işi açıldı, bir çoxu həbs olundu, bəziləri qaçdı, qaçanlar axtarışa verildi.

Amma Şəkidə əksinə, Şəki Rayon Polis Şöbəsi bu dələduzların dələduzluq fəaliyyətini qanuni hesab edərək cinayət işinin açılmasına imkan vermir. Üç il ərzində, bir dəfə Baş Prokurorluq, bir dəfə Bakı Şəhər prokurorluğu, bir dəfə Şəki prokurorluğu Şəki Polis şöbəsinin qərarını ləğv edib, yenidən baxılmaq üçün geri qaytarıb. Şəki Rayon Polis şöbəsində isə yenidən heç nəyə baxılmır, şikayətçilərə yeni tarixlə əvvəlki qərarın sürəti verilir: Bu işdə cinayət tərkibi yoxdur!

Şikayətçilər – 15 nəfər, bu barədə Şəki Rayon Polis Şöbəsinin 07.12.2018-ci il tarixli qərarını alan kimi dərhal Şəki Rayon Prokurorluğuna yenidən şikayət ediblər.

Əvvəl şikayətçi olmuş Anar Qasımov adlı bir nəfər isə artıq şikayətçi deyil. Deyilənə görə dələduzlar onun 20 min manatdan çox pulunu mənimsəyiblərmiş, amma görünür onun pulu özünə qaytarılıb. Belə ki Anar Qasımov, Şəki Rayon Polis Şöbəsi İstintaq bölməsinin müstəntiqlərindən birinin qardaşı oğludur, hansı ki dələduzlara qarşı istintaqı o aparıb və sonda işdə cinayət tərkibinin olmadığını qət edib. Belə başa düşmək olar ki, ən azından qardaşı oğlunun 20 min manatı qaytarıldığına görə belə mövqe tutub, başqalarının pulları isə onu maraqlandırmır.

Bir neçə kəlmə də cinayətin detalları barədə: Dələduzlar şəhərin gediş-gəlişin çox olduğu yerində ofis açıblar, vərəqələr, lövhə elanları, yaxud elektron məktublar vasitəsi ilə vətəndaşlara yüksək qazanclı iş təklif edərək ofislərinə dəvət ediblər. Tora düşən vətəndaş ofisə getdikdə, ona deyiblər ki iş istəyirsənsə, əvvəlcə bizim firmaya üzv olmalısan, bizim firmaya üzv olmaq üçün isə, gərək bizdən bir şey satın alasan. Tora düşən vətəndaş onlardan məsələn, 800 dollara Türkiyəyə tur-paket alır. Lakin it də gedir, ip də. Dələduzlar nə tur-paket verirlər, nə də pulu qaytarırlar. Şəki Rayon Polis Şöbəsi isə deyir bu işdə cinayət tərkibi yoxdur?!

Dələduzların Şəki ofisinin rəhbəri, deyilənə görə Ruslan adlı şəxsdir və o, Şəki Mühafizə Xidməti Bölməsinin əməkdaşı olmaqla Kapitalbankın mühafizəçisi vəzifəsində işləyir.

Dələduzlar bir neçə vəzifəli şəxsin adından istifadə edirdilər, o cümlədən, onların şirkətinin guya birinci xanıma aid olduğunu iddia edirdilər.

Dərc edən:

Şərhlər

  1. Bura VEtendir,canim! Bura vetendir

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.