Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənd traktor zavodunda

Dərc edildi:

Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənd kənd təsərrüfati texnikası zavodunda, mərkəzdə, “Oʻzagrotexsanoatxolding” SC İdarə heyətinin sədri Muxtar Kərimovla söhbət edərkən.

Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənddə, kənd təsərrüfati texnikası zavodunda, solda.

Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənddə, kənd təsərrüfati texnikası zavodunda, solda.

Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənddə, kənd təsərrüfati texnikası zavodunda, solda.

Fevralın 4-də xəbər vermişdik ki, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı altında Azərbaycan nümayəndə heyəti Özbəkistana yola düşmüşdür və «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru, millət vəkili Kamran Nəbizadə ilə birlikdə Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov da nümayəndə heyətinin tərkibində Özbəkistana yola düşənlər arasındadır (Bax: Azərbaycan nümayəndə heyəti Özbəkistana niyə getdi? >>).

Fevralın 5-də Özbəkistanın rəsmi KIV-ində Azərbaycan Kənd təsərrüfatı nazirliyi nümayəndələrinin “O’zagrotexsanoatxolding” Səhmdar Cəmiyyətinə aid müəssisədə olması ilə bağlı xəbər yayılıb. Xəbərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən heç kimin adı çəkilməsə də, fotoşəkillərdən məlum olur ki, özbək rəsmi KIV-ində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi kimi təqdim edilən şəxslərdən biri, özü də deyəsən, ən vacibi Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov imiş.

Azərbaycanın rəsmi xəbər saytlarının xəbərləri kimi Özbəkistanın rəsmi xəbər saytlarının xəbərlərində də adətən xəbərə çox az yer verilir, xəbərdən daha çox ölkədəki iqtisadi inkişafın vurğulanmasına yer ayrılır. Bu səbəbdən də Şəki ipək kombinatının baş direktoru Nizami Qəribovun Daşkənd traktor zavoduna niyə getməsi, traktor zavodunun rəhbəri ilə hansı sahədə əməkdaşlıq etmək niyyətində olması bizim üçün qaranlıq olaraq qalır. Bizə məlum olan budur ki, on beş il əvvəl Şəki ipək kombinatında traktor zavodu yaradılmışdı, amma çox az müddətdən sonra bağlandı və onun yenidən fəaliyyətə salınacağı isə ümumiyyətlə gözlənilmir.

Xəbərin özbəkcədən tərcüməsini aşağıda oxuya bilərsiniz:

Kənd təsərrüfatı texnikası göndərilməsi müzakirə olundu

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri fevralın 5-də “Oʻzagrotexsanoatxolding” Səhmdar Cəmiyyətində olub, onun tərkibindəki müəssisələrdə istehsal edilən müasir kənd təsərrüfatı texnikası ilə tanıs oldu.

“Oʻzagrotexsanoatxolding” Səhmdar Cəmiyyəti tərkibində Daşkənd və Çirçiq kənd təsərrüfatı texnikası zavodu, “Agregat zavodi”, “Texnolog”, “Urganchkormash” səhmdar cəmiyyətləri, “UzCLAASAgro”, “Lemken-Chirchiq”, “OʻzKeysmash” və “Amkodor Agrotexmash” kimi müəssisələr fəaliyyət göstərir. 2018-ci ildə bu müəssisələrdə 11 min 570 ədəd kənd təsərrüfatı texnikası istehsal edilib.

Daskənd kənd təsərrüfatı texnikası zavodunda 7 növ traktor, 2 növ pambıqyığan maşın, yuk maşınları istehsal edilməkdədir. Zavod ötən il azı 900 milyard somluq kənd təsərrüfatı texnikası istehsal edərək kəndlilərə və fermer təsərrüfatlarına verib. Müəssisənin fəaliyyəti Almaniya, İtaliya, Türkiyə, Cənubi Koreya kimi dövlətlərdə istehsal edilən müasir texnologiyalar hesabına daha da yaxşılaşdırılıb. Hazırki gündə cəmiyyət tərkibindəki müəssisələrdəki avadanlığın 30-40 faizinin yerli istehsal olması üçün intensiv işlər aparılır.

Tədbirdə Azərbaycan nümayəndələri ilə “Oʻzagrotexsanoatxolding” SC arasında kənd təsərrüfatı texnikalarinı göndərmək üzrə danışıqlar aparıldı. 2018-ci ildə “Oʻzagrotexsanoatxolding” SC tərəfindən Azərbaycana 70 növdən cox kənd təsərrüfatı texnikası ixrac edilmişdir. Cari ildə Azərbaycanda təşkil ediləcək kənd təsərrüfatı sərgilərində Özbəkistanda istehsal edilən texnikalar da nümayiş etdiriləcəkdir. Bu eksport həcminin bir az da artmasına kömək edəcək.

“Oʻzagrotexsanoatxolding” SC İdarə heyətinin sədri Muxtar Kərimov bildirdi ki, «görüşdə Azərbaycan mütəxəssisləri ilə əməkdaşlıq məsələlərini müzakirə etdik. Bizim əsas vəzifəmiz istehsalatda müasir beynəlxalq təcrübəni tətbiq edərək, xarici tərəfdaşlarla danışıqlar aparmaqla müəssisələrdə yerli avadanlıqların faizini artırmaqdır. Bu kimi müzakirələr biz istehsal etdiyimiz kənd təsərrüfatı maşınlarının daxili və xarici bazarlarda daha yaxşı yerə sahib olmasına zəmin yaratdı».

Bu gün “Oʻzagrotexsanoatxolding” Səhmdar Cəmiyyətində Yaponiyanın “Bando Kiko” masınqayırma kompaniyasının idarə heyətinin sədr müavini Jay Xuang Sang ilə nəqliyyat vasitələri üçün şüşələr istehsalı üzrə birgə müəssisə yaradılmışdır. Tərəflər arasında əməkdaşlıq memorandumu imzalandı.

Mənbə: >>

Fevralın 6-da Kun.uz saytında paylaşılan digər fotoşəkillər

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.