"Azəripək" MMC yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak etmiş dövlətə məxsus ən yaxşı şirkətlər arasında necə yeddinci oldu?

Dərc edildi:
Şərhlər 0


Şəki ipək kombinatının idarə binası («Azəripək» MMC-nin və «Şəki-ipək» ASC-nin ofisi)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı” jurnalının 2019-ci il fevral sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də verilib. Göstərilir ki, 2019-cu ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda «MKT İstehsalat Kommersiya» MMC, «TST Export» MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, “Garden Store» MMC, «Vorld Trade» MMC, «Baku Steel Company» MMC, «Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD» MMC, “Azhazelnut” MMC, “Sun Food” MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib. Bunlar ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, «Azərenerji» ATSC, «Azəralüminium» MMC, «Azergold» QSC, «Azərbaycan Hava Yolları» QSC, “CTS-Agro” MMC, «Azəripək» MMC, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC -dir.

Yeri gəlmişkən əlavə edək ki, yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak etmiş dövlətə məxsus şirkətlər arasında ən yaxşı 8 şirkətdən yeddincisinin «Azəripək» MMC olması təəccüb doğurur. Belə ki bu şirkətin yanvar ayında məhsullarını eksport edə bilməməsi, şirkətdə istehsal edilən pambıq ipliyin və ipəyin anbarlarda yığılıb qalması hamıya məlum idi.

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.