Xəbər və məqalələr

  • “Bravo”da kəlağayıların satış nöqtəsi fəaliyyətə başlayıb

    İpək məhsullarından hazırlanan qadın baş örtüyü – kəlağayı qədim Azərbaycan xalqının geyim etnologiyasının bir hissəsi hesab olunur.

    Bu örtük gözəllik, zəriflik rəmzi olmaqla yanaşı, özündə həm də Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı elə baş örtüklərindəndir ki, ona hər zaman ehtiyac duyulur. Dəb dünyasının sürətlə dəyişməsinə baxmayaraq, bu örtüyün ölçüsü, naxışlarının forması hələ də aktuallığını itirmir…Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • İşdən yeni çıxarılan tibb işçilərindən birinin köhnə məzəli video-roliki yayıldı

    Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb.
    Məlumata görə, onlardan ikisinin “Tik-Tok” adlı proqramda xəstəxanada çəkilən videoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

    Qeyd edək ki, daha əvvəl onlar Afət Fərmanqızının ifa etdiyi mahnıya çəkdikləri videoya görə işdən azad olunublar… Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • Nəsiminin qəzəlinə məzəli video-rolik hazırlamış tibb işçiləri niyə işdən çıxarıldılar?

    Deyilənə görə, daha doğrusu hamıya məlum olduğu kimi, xəstəxanalarda xadimə işinə düzəlməyin ən aşağı qiyməti 3 min manatdan başlayır. Yəqin elə bu səbəbdəndir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında nahar fasiləsi zamanı Nəsiminin qəzəlinə məzəli video-rolik hazırladıqlamış 3 xadimə və 2 tibb bacısı dərhal işdən azad ediliblər. Nəticədə 5 boş iş yeri açılmış və bəzi adamlar üçün azı 15 min manat gəlir yeri yaranır… Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Korporasiyanın Şəki şəhərində yerləşən müəssisələrinə səfər edib

    “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Korporasiyanın Şəki şəhərində yerləşən müəssisələrinə səfər etmişdir. «Azəripək» MMC, “ASK Şəki Şərab” MMC, “Azərtütün ASKMMC-də mövcud vəziyyətlə tanış olmuş, lazımi göstərişlər vermişdir…Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • Şəki Məşğulluq Mərkəzinin direktor əvəzi: İş yoxdur, iş olmayıb və iş olmayacaq!

    İşlə təmin olunmaq üçün telefonla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin qaynar xəttinə müraciət edən Şəki şəhər sakinini diqqətlə dinləyirlər, daxili telefonla Şəki Rayon Məşğulluq Mərkəzinə zəng edib şikayətçinin işlə təmin olunmasına göstəriş verirlər, sonra şikayətçini əmin edirlər ki sizi tezliklə Şəki Məşğulluq Mərkəzinə dəvət edib iş verəcəklər. Bir-iki gün keçir, iş axtaran şikayətçi görür onu heç kim axtarmır, üz tutur Rayon Məşğulluq Mərkəzinə… Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • Şəkidə tütünçülük və baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib

    Bu gün Şəki rayonunda Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Baramaçılığın və tütünçülüyün inkişafı ilə bağlı 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliynin saytında məlumat dərc olunub… Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • "Azəripək" MMC yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak etmiş dövlətə məxsus ən yaxşı şirkətlər arasında necə yeddinci oldu?

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı” jurnalının 2019-ci il fevral sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də verilib. Göstərilir ki, 2019-cu ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda «MKT İstehsalat Kommersiya» MMC, «TST Export» MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, “Garden Store» MMC, «Vorld Trade» MMC, «Baku Steel Company» MMC, «Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD» MMC, “Azhazelnut” MMC, “Sun Food” MMC təmsil olunub….Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • Azərbaycanda xam kəlağayı istehsalı bərpa olunur

    2 dekabr 2018-ci il tarixdə məlumat yaymışdıq ki, «Azərbaycan kəlağayı sənəti 2014-cü ilin sonunda «Kəlağayı simvolizmi və ənənəvi sənəti» adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilsə də bu gün Azərbaycanda kəlağayı toxunmur». Bildirmişdik ki, «Azərbaycanda kəlağayı toxuyan sonuncu müəssisə Şəki ipək kombinatı idi, lakin 1 fevral 2018-ci il tarixdən kombinatın toxucu istehsalatının fəaliyyəti dayandırılb və yenidən bərpa ediləcəyi gözlənilmir»… Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • AZƏRTAC: Şəkidə ümumi məhsul buraxılışının həcmi 13 faiz artıb

    2018-ci ildə Şəki rayonunda 459 milyon 235 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 13 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 109 milyon manatdan çox investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 20,7 faiz artıb. Əsas kapitala yönəldilən investisiyanın 100 milyon 938 min manatı və ya 92,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Bu müddət ərzində rayonda 2118 yeni və daimi iş yeri açılıb… Ardı: >>

    Dərc edildi: · Dərc edən:

  • Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənd traktor zavodunda

    Xəbər verdiyimiz kimi dünən i İqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı altında Azərbaycan nümayəndə heyəti Özbəkistana yola düşmüşdür… Ardı: >>

    Dərc edildi: · Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.