Xəbər və məqalələr

  • 7 sentyabrda Şəki təhsil işçilərinin ənənəvi konfransı keçirilib

    AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadaşof xəbər verir ki, konfransda Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın 2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilib.

    Bildirilib ki, ötən dərs ilində rayonun məktəblərində oxuyan 24 min 730 şagirdin 23 faizi dərs ilini əla qiymətlərlə başa vurub. Dərs ilinin yekunlarına görə, 1733 şagird tam orta təhsil, 2008 şagird isə ümumi orta təhsil haqqında attestat alıb. Sevindirici haldır ki, təhsilini əla qiymətlərlə başa vuran şagirdlərin hamısı yüksək balla ali məktəblərə qəbul olunublar… Ardı: >>

    Dərc edildi: · Dərc edən

  • Şəkidə işsizlərin sayı saxta yollarla necə azaldılır?

    Əvvəlki məqaləmizdə rəsmi statistik məlumatlara əsaslanaraq Şəkidə sənayenin iflic vəziyyətində olduğunu göstərdik (Bax: Şəkidə sənayenin iflic vəziyyətində olması rəsmi statistikada >> ) .

    Şəki şəhərində fabrik-zavodlar işləmir, onlardan bəziləri sovetdən qalanlardırsa, uçub dağılıb, içindəki avadanlıqlar isə heç nəyə yaramırsa, bəziləri təzədir və modern avadanlığa malikdir, amma işləmir, daha doğrusu işləməsinə imkan verilmir. Nəticədə iş yerləri azalır, işləyənlərin sayı da o cümlədən.

    Kənd təsərrüfatında da vəziyyət yaxşı deyil. Eləsi var 20 min hektar yazdırıb, bir qram toxum səpməyib, amma hər hektara 50 manat subsidiya alır, həqiqətən taxıl əkənlər isə ziyan ediblər, 2017-də onlar bir qram güzəştli gübrə almayıblar.

    İşsizlik, iş yerləri yox, işsizlərin sosial təminatı yox, işi olanlar da güzərandan narazıdır.

    Hələlik rayon rəhbərliyi sosial gərginliyi müvəffəqiyyətlə nəzarətdə saxlaya bilir. Ötən il Dovşan düzündə baş verənlər, bu ilin 1 apreldə baş verənlər və s. Amma heç bir qarantiya yoxdur ki, bu belə davam edəcəkdir, iş yerləri açılmasa… Ardı: >>

    Dərc edildi: · Dərc edən

  • Ermənilər Azərbaycana qarşı rutul kartından da istfadə edirlər, saxta ideoloji baza yaradıblar...

    Ötən əsrin 30-ci illərində Dağıstanın Borç kəndinin əhalisi kütləvi şəkildə Azərbaycanın Şəki və Qax rayonlarında məskunlaşmağa başladı. Həmin əsrin 70-ci illərində isə Borç kəndinin yerdə qalan əhalisi Dağıstanın şimalındakı Babayurt rayonunun Yeni Borç kəndinə köçürüldü, – bu barədə Baorç kəndinin rəsmi saytında məlumat verilir. O cümlədən ötən əsrin 70-ci illərində Dağıstanın Axtı rayonunun Xnov kəndindən də Şəki rayonuna böyük köç başladı. Köçün səbəbi bu idi ki, həmin kəndlər dəniz səviyyəsində 2 min metr yüksəklikdə yerləşdiyindən, qış düşən kimi, yollar bağlanır, ətraf aləmdən tədric olur və s… Ardı: >>

    Dərc edildi: · Dərc edən

  • Şəkidə sənayenin iflic vəziyyətində olması rəsmi statistikada

    Yaxın keçmişdə dünyanın ən böyük toxuculuq sənayesi mərkəzlərindən biri olan Şəki şəhərində indi sənaye iflic vəziyyətində qalmaqda və gün-gündən pisləşməkdə davam edir. Bu rəsmi statistikalarda aydın görünür. 2017-ci ildə rayonda cəmi 20 sənaye müəssisəsi fəaliyyət göstərib ki, bu da son 8 ilin ən aşağı göstəricisidir… Ardı: >>

    Dərc edildi: · Dərc edən

  • Şəki ipək kombinatının baramaaçan istehsalatı axır ki fəaliyyətə başladı

    Həqiqətən də Şəki ipək kombinatının baramaaçan istehsalatı yalnız avqustun ortalarında işə başladı. Əvvəlcə istehsalatın barama çeşidləyici sexi, sonra isə istehsalatın özü. Artıq bir həftəyə yaxındır ki baramaaaçan istehsalatı fəaliyyətdədir, amma hələlik yalnız avtomat dəzgahlar işə salınıb, istehsalat tam gücü ilə işləmir. Çeşidləyici sexdə 20-30 nəfər, istehsalatın özündə isə cəmi 40-50 nəfər işlə təmin olunub… Ardı: >>

    Dərc edildi: · Dərc edən

ILK-10