- «ASK» ASC, Şəki ipək kombinatı

Azərbaycan Sənaye Korporasiyasi “Uzbekipaksanoat” Assosiasiyası ilə əməkdaşlıq edəcək

“Azərbaycan Sənaye Korporasiyasi” ASC ilə Özbəkistanın “Uzbekipaksanoat” Assosiasiyası arasında memorandum imzalanıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, memorandumun nəticəsi olaraq “Uzbekipaksanoat” Assosiasiyasının sədri Baxram Şaripovun rəhbərliyi ilə mütəxəssislərdən ibarət nümayəndə heyəti “Azəripək” MMC-dəki mövcud vəziyyətlə tanış olmaq üçün Şəki rayonuna səfər edib. Qonaqlar “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə birgə müəssisədə fəaliyyət göstərən istehsal sahələri, işçi heyəti ilə yaxından tanış olublar. Tərəflər gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr apararaq müvafiq təkliflər təqdim ediblər.

Səfərin əsas məqsədini rəqabətədavamlı digər təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq, quru baramadan digər yan məhsulların əldə edilməsi, “Azəripək” MMC-də istehsal prosesinin təkmilləşdirilməsi və məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətin yüksəldilməsi, həmçinin ipəkçilik sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübə mübadiləsi təşkil edib.

Qeyd edək ki, “Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən, “Azəripək” MMC tərəfindən bir sıra tədbirlər həyata keçirilir. İstehsal potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi ilə dünya bazarlarında rəqabətədavamlı daha keyfiyyətli xam ipəyin istehsal edilməsi, habelə yerli ipəkçilik məhsullarının satış həcminin artırılması qarşıya qoyulmuş vəzifələrdəndir.

Mənbə: AZƏRTAC

605 thoughts on “Azərbaycan Sənaye Korporasiyasi “Uzbekipaksanoat” Assosiasiyası ilə əməkdaşlıq edəcək

  1. Excellent items from you, man. I’ve take note your stuff previous to and
    you are just extremely great. I actually like what you have
    received right here, really like what you are saying
    and the way in which by which you assert it.
    You’re making it entertaining and you still care for to keep it smart.
    I can’t wait to read much more from you. That is actually a wonderful
    site.

  2. Do you mind if I quote a couple of your posts as long as I provide credit and sources back to your site?
    My website is in the very same area of interest as yours and my visitors would really benefit from some
    of the information you provide here. Please let me know if
    this okay with you. Thank you!

  3. Admiring the dedication you put into your website and
    detailed information you offer. It’s great to
    come across a blog every once in a while that
    isn’t the same out of date rehashed information. Fantastic read!
    I’ve bookmarked your site and I’m adding your RSS feeds to my Google account.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.