- Digər xəbər və məqalələr

Şəki rayonunun Baş Şabalıd kəndində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar yanvarın 17-də Şəki Baş Şabalıd kənd Diyarşünaslıq klubunda klubun və Baş Şabalıd kitabxanası işçilərinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə kənd sakinləri, məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Baş şabalıd kənd Diyarşünaslıq klubunun direktoru Aytən Bəşirova çıxış edərək, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdiyini, lakin iradənin sınmadığı və milli ruhu sarsılmadığını, həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdığını qeyd ediblər.

Məktəblilərdən 6-cı sinif şagirdləri – Həsənov Zakir, Həsənova Gözəl, Musayeva Firuzə, 9-cu sinif şagirdi Mikayılov Teymur 20 Yanvar faciəsi ilə bağlı şeirlər deyiblər.

Kənd sakinlərindən Mütəllibov Zülfüqar, Hümmətov Tünar, Abdullayev Zamiq və kitabxana müdiri Aybəniz Mütəllibova və əməkdaş Lətifova Müşabər də 2o Yanvarla bağlı xatirələrini bölüşüblər.

Sonda tədbir  iştirakçıları 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş foto və stendlərdən hazırlanmış guşəyə baxış keçiriblər.

101 thoughts on “Şəki rayonunun Baş Şabalıd kəndində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

  1. Hi! I realize this is kind of off-topic but I had
    to ask. Does operating a well-established website like yours take a lot
    of work? I am brand new to writing a blog but I do write in my diary every day.
    I’d like to start a blog so I can easily share my personal experience
    and feelings online. Please let me know if you have any kind of recommendations or tips for
    brand new aspiring bloggers. Thankyou!

Comments are closed.