Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbərliyi, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın 40 rayonunda barama istehsalı ilə məşğul olan 200-ə yaxın kümçü iştirak edib.
Müşavirədən əvvəl Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları ölkəmizdə ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan və Çin modelləri əsasında nümunə üçün hazırlanmış mobil tipli kümxanalara baxış keçiriblər. Nazir İnam Kərimov bildirib ki, ipəkçiliklə məşğul olan hər bir rayon öz ehtiyatları hesabına təqdim olunan modellər əsasında kümxanalar qura bilərlər. O, mobil tipli kümxanalarla bağlı kümçülərin fikirlərini öyrənib, fermerlərlə baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.
Müşavirəni giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi Kürdəmir rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilib: “Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılıb və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib. Ötən il kümçülərimiz 22,6 ton barama tədarük edib ki, bu da 2016-cı il ilə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından kümçülərimiz 204 min manata yaxın gəlir əldə ediblər”.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Ötən il digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də yüksək nəticələr əldə olunub. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb. Bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, fermerlərə verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməklə yanaşı, məhsul istehsalçılarının aqrar sektora marağını daha da artmasına şərait yaradıb”.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı nazirliyin qarşısına mühüm tapşırıqlar qoyulduğunu deyib: “İpəkçilik Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən biridir. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tutub. Bizim əsas məqsədimiz bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına 2016-2019-cu illər ərzində Çin Xalq Respublikasından 4,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən baramaçılıqla məşğul olan rayonlara paylanılıb. 2019-cu ilin investisiya proqramına uyğun olaraq, Zərdab Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarında gücü 200 ton olan yaş barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisi başa çatmaq üzrədir. Bir sözlə, ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi baramaçılıqda da inkişaf müşahidə edilir. Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir”.
Nazir çıxışında Azərbaycanda baramaçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. İnam Kərimov bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Daha sonra müşavirədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə “Barama istehsalı və emalı sahəsində hədəflər”, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Respublikada barama istehsalı ilə bağlı 2019-ci ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili” mövzusunda çıxış ediblər. Fizuli rayonundan olan kümçü Ağgül Bağırova isə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Hello there! This is kind of off topic but I need some guidance from an established blog. Is it very difficult to set up your own blog? I’m not very techincal but I can figure things out pretty fast. I’m thinking about making my own but I’m not sure where to begin. Do you have any ideas or suggestions? Many thanks
I simply want to say I am very new to blogging and site-building and certainly enjoyed this website. More than likely I’m likely to bookmark your website . You amazingly have perfect articles. Regards for revealing your blog site.
I have not checked in here for some time since I thought it was getting boring, but the last few posts are good quality so I guess I’ll add you back to my daily bloglist. You deserve it my friend 🙂
What’s Happening i am new to this, I stumbled upon this I’ve found It positively useful and it has aided me out loads. I hope to contribute & assist other users like its helped me. Good job.
Remarkable issues here. I’m very glad to look your article.
Thank you a lot and I am looking ahead to contact you.
Will you please drop me a e-mail? asmr 0mniartist
I like this internet site because so much utile stuff on here : D.
I am pleased that I discovered this web site, precisely the right info that I was looking for! .
Very good article. I will be experiencing many of these issues as
well.. 0mniartist asmr
As a Newbie, I am constantly browsing online for articles that can help me. Thank you
I’ve read a few good stuff here. Certainly worth bookmarking for revisiting. I surprise how a lot attempt you set to create one of these fantastic informative website.
amei este site. Pra saber mais detalhes acesse o site e descubra mais. Todas as informações contidas são conteúdos relevantes e exclusivos. Tudo que você precisa saber está está lá.
Este site é realmente fascinate. Sempre que acesso eu encontro coisas incríveis Você também pode acessar o nosso site e descobrir detalhes! Conteúdo exclusivo. Venha descobrir mais agora! 🙂
I got what you mean ,saved to bookmarks, very nice internet site.
Some really grand work on behalf of the owner of this internet site, dead outstanding content.
I have never seen this view !
Hi there! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good results. If you know of any please share. Thanks!