- Digər xəbər və məqalələr

Arutyunyan: ‘Biz mövqelər itirmişik, bundan sonra da itirəcəyik, amma…’

Dağlıq Qarabağda separatçı rejimin “prezidenti” Araik Arutyunyan deyib ki, “Qarabağa qarşı Azərbaycan yox, Türkiyə döyüşür”.

“Müharibə gözləntisi mənasında biz elə bunu gözləyirdik. Bunun üçün Azərbaycan və Türkiyənin son aylarda verdikləri bəyanatları dinləmək kifayət idi. Bizə əlbəttə, hər şey aydın idi. Biz müharibəni gözləyirdik”.

Arutyunyan daha sonra bunları bildirib:

“Müdafiə ordusu səhər saat 7-dən ümumən hazır idi. Hücum bütün Təmas Xətti boyunca Omardan Araza qədər başladı. Bəli bizim itirdiyimiz mövqelər var. Əsasən Talış və cənub istiqamətində. Biz onlarca itki vermişik”.

Arutyunyan iddia edib ki, Dağlıq Qarabağda vuruşan Azərbaycan yox, Türkiyədir:

“Atsaxa qarşı Azərbaycan yox, Türkiyə döyüşür. Təkcə dronlar yox, təyyarələr yox, ordu birləşmələri, hərbçilər və sair. Mən hələ muzdluları demirəm, başqa ölkələrdən olan könüllüləri demirəm. Atsax yalnız müdafiə ordusundan istifadə edərək döyüşür. Əlbəttə burda Ermənistan Respublikasından olan könüllülər də olacaq”.

“Biz ərazilər itirmişik, bundan sonra da itirəcəyik. Amma biz mütləq mövqeləri qaytaracağıq. Bəyan etmək istəyirəm ki, müharibənin nəticəsi bizim üçün aydındır”.

O iddia edib ki, bəzi təsdiq edilməmiş məlumatlara görə Qarabağın müdafiə ordusu Türkiyənin F-16 qırıcısını vurub.

22 thoughts on “Arutyunyan: ‘Biz mövqelər itirmişik, bundan sonra da itirəcəyik, amma…’

  1. Hello! This is my first visit to your blog! We are a team of volunteers
    and starting a new project in a community in the same niche.

    Your blog provided us useful information to work on. You have done a extraordinary job!

  2. You really make it appear so easy along with your presentation but I to find this topic to be really one thing which I think I would never understand. It seems too complex and extremely broad for me. I am taking a look ahead on your next post, I will attempt to get the hang of it!|

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.