Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 06:00-dək uzadılıb.
Bununla bağlı Nazirlər Kabineti qərar verib.
Qərar yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə izah edilir.
Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Eyni zamanda bildirilir ki, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub: “Bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır”.
Habelə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərləri, Abşeron və daha bir sıra rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:
– 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;
– 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;
– 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;
– 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;
– 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.
Buna qədər ölkənin bir çox şəhər və rayonlarında da giriş-çıxış məhdudlaşdırılıb.
Azərbaycanda martın 24-dən karantindir. Son aylar rejim bir qədər yumşaldılsa da, bəzi yerlərdə onun yenidən sərtləşdirilməsinə başlanıb.
Bakı metrosu dekabrın 1-dək işləməyəcək
2020-ci il dekabrın 1-i, saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.
Bakı metrosu bu karantin müddətində bir neçə dəfə müvəqqəti dayandırılıb.
fabuloso este conteúdo. Gostei bastante. Aproveitem e vejam este site. informações, novidades e muito mais. Não deixem de acessar para se informar mais. Obrigado a todos e até mais. 🙂
amei este site. Para saber mais detalhes acesse nosso site e descubra mais. Todas as informações contidas são conteúdos relevantes e exclusivos. Tudo que você precisa saber está ta lá.
Perfectly composed subject matter, Really enjoyed looking at.
Exceptional post however , I was wondering if you could write a litte more on this topic? Tiphani Muffin Sibby
buna. am fost bruneta de cand ma stiu. Asta vara am avut 2 decapaje vrand sa ajund la ciocolatiu.am avut cred ca 3 culori in cap .nu am reusit.in prezent sunt iar bruneta.daca folosesc b4 ramane culoare de la decapaj sau o elimina si pe asta????? raman la culoarea mea naturala sau????laa cea de la decalaj Jobyna Terrance Floss
As soon as I discovered this website I went on reddit to share some of the love with them. Oriana Reid Denyse
I really appreciate this post. I have been looking everywhere for this! Thank goodness I found it on Bing. You have made my day! Thanks again Cynde Alistair Vern